/ / Elnur Babayev: İnsanların yanğın təhlükəsizliyi qaydalarına biganə yanaşması böyük fəlakətlərə yol aça bilər
Elnur Babayev: İnsanların yanğın təhlükəsizliyi qaydalarına biganə yanaşması böyük fəlakətlərə yol aça bilər
06.08.2021 [08:52]
Məlum olduğu kimi, son vaxtlar qardaş Türkiyə də daxil olmaqla dünyanın bir sıra ölkələrində meşə yanğınları tüğyan edir. Bəzən təkcə meşələrin deyil, hətta kənd və qəsəbələrin belə alovlara qərq olması ilə nəticələnən bu yanğınların baş verməsində insan ehtiyatsızlığı əsas rol oynayır. Bu isə bizdən daha da ehtiyatlı olmağı tələb edir.
Öz növbəsində, mövzu ilə bağlı qəzetimizə açıqlama verən Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev bildirib ki, insan ehtiyatsızlığı yaşayış sahələrində də yanğınlara yol aça bilər. Məsələn bəzən elektrik və qaz cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları pozulur: “Ölkəmizdə aparılan təhlillər zamanı müəyyən olunub ki, istehsalat və yaşayış sahələrində yanğın hadisələrinin böyük bir qismi elektrik xətlərinin və qurğularının istismarı, məişət elektrik cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir. Elektrik qurğularının istismarı, elektrik avandanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsindən uzaq olmaq üçün bir sıra qaydalara əməl olunması vacibdir. Eləcə də qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydaları pozulur. Sobaların, qaz cihazlarının üstündə və bilavasitə yaxınlığında paltar qurudulur. Bu da yanğına səbəb olan amillərdəndir”.
Şöbə rəisi vətəndaşların evlərində yanğınsöndürən balon saxlamasını məsləhət görür: “Tövsiyə edərdim ki, mənzildə, fərdi evdə quru kimyəvi tozlu yanğınsöndürən balonları olsun. Öz evimdə 6 kq-lıq yanğınsöndürən balonum var. Qəfil elektrik təsərrüfatında adi bir qısaqapanma olar, pərdəyə keçməklə yanğının miqyası böyüyə bilər. Bildiyiniz kimi, elektrik xəttinə su vurmaq mümkün olmadığı üçün onu yanğınsöndürən balonlardan istifadə edərək söndürmək lazımdır. Bir metr məsafədən 1000 V-dək gərginliyə istifadə etmək olar”.
Müsahibimiz onu da vurğulayıb ki, eləcə də bütün avtomobillərdə yanğınsöndürən balonu olmalıdır. Balon isə yük yerində deyil, avtomobilin salonunda saxlanılmalıdır ki, hadisə baş verdikdə avadanlıq əlçatan olsun: “Bir daha əhalini diqqətli olmağa, təhlükəsizlik məsələlərində fəal iştirak etməyə və belə hallarla üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xətti”nə məlumat verməyə çağırıram. Bununla yanaşı, insanlar soyuqqanlı davranıb yanğını söndürməyə çalışmalı, elektrik təsərrüfatını ayırmağa imkan varsa, xətdən ayırmalıdırlar. Unutmayaq ki, hər saniyənin belə öz hökmü var”.
“Meşələrdə isə yanğın hadisələrinin baş verməsinin bir çox hallarda səbəbkarı insanlardır. İnsanların yanğın təhlükəsizliyi qaydalarına biganə yanaşması böyük fəlakətlərə yol aça bilər. Meşə ərazisində olarkən piknik edirlər, ocaq qalayırlar, ancaq ocağın söndüyünə əmin olmadan qoyub gedirlər. Azərbaycanın bu zəngin təbiətini gələcək nəsillərimiz üçün qoruyub saxlamalıyıq. Belə səhlənkarlığa yol vermək olmaz. Nəticəsi daha acınacaqlı olur. Elə hallar var ki, bu hadisə insan itkisi ilə nəticələnə bilər”, - deyə Elnur Babayev vurğulayıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

