Uşaqlarda allergiya yaradan qidalar...
05.08.2021 [08:36]
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2025-ci ilə qədər dünya əhalisinin təxminən yarısı allergik xəstəliklərə məruz qalacaq. Hazırda dünyada ən çox yayılmış allergik xəstəliklərdən biri də qida allergiyasıdır. Təəssüf ki, həmin xəstəliklərdən əziyyət çəkənlərin çoxu uşaqlardır. Belə ki, bu növ allergiya dünya üzrə yetkinlərin 5 faizində, uşaqların isə 10 faizində baş verir. Bəs, allergiyanın inkişafına səbəb olan qida məhsulları hansılardır? Allergiya zaman keçdikcə azalırmı?
Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Hüseyn Qabulov bu və bu kimi sualları cavablayıb. Bildirib ki, qida allergiyalarının simptomları yüngül narahatlıqdan təcili tibbi yardım tələb edən ağır və ya həyati təhlükəli reaksiyalara qədər dəyişir: “Bu simptomlara narahatlıq, qaşınma, qızartı, ağız, dodaq, yanaqlar və başda şişkinlik, öskürək, asqırma, nəfəs darlığı və tənəffüs yollarından fit səsi ilə gələn nəfəsalma, qarın ağrısı, ürək bulanması, qusma və s. aiddir”.
Professorun sözlərinə görə, allergiya inək südü və ondan hazırlanan məhsullara qarşı daha çox yaranır. Bu, xüsusilə bir yaşınadək olan uşaqlarda özünü göstərir: “Yeni doğulmuş körpənin immun sistemi yalnız ana südünü qəbul edir və inək südünə kəskin reaksiya göstərir. Adətən, körpələrin 80 faizində inək südünə allergiya zaman keçdikcə itir. Körpələrdə allergiya yaradan qidalardan biri də toyuq yumurtasıdır. Yumurta kifayət qədər faydalı məhsuldur, yaxşı həzm olunur və uşağın inkişafı üçün son dərəcə vacibdir. Toyuq yumurtası uşağın həyatının ilk ilindən qida rasionuna daxil edilir. Lakin bu, qida allergenliyi göstərə bilər. Yumurta ağındakı zülal allergik reaksiyaya səbəb ola bilər”.
Həkim onu da vurğulayıb ki, ən təhlükəli allergenlərdən biri də fıstıqdır. Əksər hallarda, fıstığa qarşı allergiya xəstəni həyatı boyu müşayiət edir: “Fıstıq allergiyası olan uşaqların yanında kimsə bu məhsulu yediyi zaman belə, onda reaksiya inkişaf edə bilər. Qoz allergiyası uşaqlar arasında tez-tez rast gələn qida allergiyalarından biridir və bunlara fındıq, badam, keşyu və s. qarşı reaksiyalar da daxildir. Qoz allergiyası əksər hallarda genetik olaraq keçir”.
“Balıq da yüksək dərəcədə allergen bir məhsuldur. Uşağın hansısa balıq növünə allergiyası varsa, onda digər balıq növlərinə qarşı yüksək həssaslıq qeyd olunur. Balıq allergiyasının yaş artdıqca itməsi nadir hallarda rast gəlinir və əksinə, allergiya şiddətlənə bilər. Bəzi uşaqlarda, balıq qızardılarkən onun qoxusuna güclü bir reaksiya inkişaf edə bilər”, - deyə mütəxəssis vurğulayıb.
Həmçinin tərkibində buğda olan məhsullara qarşı allergiya da tez-tez rast gəlinənlərdəndir: “Bu allergiya əsasən, böyüklər üçün tipikdir, lakin son illərdə uşaqlar arasında da çox yayılıb. Uşaqlarda buğda allergiyası o qədər ciddi ola bilər ki, hətta bütün ailə buğdalı məhsullardan imtina etməyə məcbur qalar. Uşaqlarda buğda allergiyası yaş keçdikcə azala bilər”.
Ümumiyyətlə, 70-dən çox məhsul növü qida allergiyasına səbəb olur. Bu qidalara bal, sitrus meyvələri, çiyələk, kivi, pomidor, kakao və s. daxildir.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

