/ / ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
29.07.2021 [08:42]
İyulun 28-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Ed Rou ilə görüşüb.
İdarənin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, QMİ-nin sədri bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq tarixən müxtəlif millətlərin və konfessiyaların qarşılıqlı anlaşma, sülh şəraitində yaşadığı bir dövlətdir. Multikulturalizm və tolerantlıq dini baxışlarından və milli kimliyindən asılı olmayaraq, hər bir ölkə vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Son illər ölkəmizdə keçirilən Dünya Dini Liderlərinin sammitləri, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, bu toplantılarda dünyaya verilən mühüm mesajlar barədə danışan şeyxülislam Allahşükür Paşazadə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulması məqsədi ilə irəli sürülən “Bakı Prosesi”nin qlobal dünyada sivilizasiyalararası dialoqun möhkəmlənməsində mühüm rol oynadığını xüsusi vurğulayıb, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın belə genişmiqyaslı tədbirlərin keçirilməsinə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirib.
QMİ-nin sədri bildirib ki, Azərbaycan öz tarixinin yeni bir mərhələsinə qalib bir ölkə kimi qədəm qoyub, 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olan ərazilərimiz Müzəffər Ali Baş Komandanın əmri və rəşadətli Ordumuzun gücü ilə azad edilib. Uzun illər erməni silahlı qüvvələrinin nəzarəti altında olmuş şəhər və kəndlərimizdə 64 məscidin, ziyarətgah və qəbiristanlıqların vəhşicəsinə məhv edildiyini, o cümlədən digər dinlərə məxsus məbədlərin dağıdıldığını, kilsələrin tarixinin saxtalaşdırılaraq erməni kilsəsinə aid abidə kimi dünyaya təqdim olunduğunu, basdırılan minaların partlaması nəticəsində bu gün də çoxlu sayda mülki şəxslərin həlak olduğunu, təbiətə, ətraf mühitə ciddi ziyan vurulduğunu qeyd edən şeyxülislam Allahşükür Paşazadə dünya ictimaiyyətini belə hallara qarşı birgə və daha səmərəli mübarizəyə səsləyib.
İşğaldan azad olunan Ağdam və Şuşa şəhərlərinə Azərbaycandakı müxtəlif konfessiyaların rəhbərləri ilə birgə səfəri barədə qonağa məlumat verən QMİ-nin sədri bildirib ki, hər iki şəhərdə məscidlərdə, kilsə və məbədlərdə uzun illərdən sonra dini ayinlər icra olunub, regionda və dünyada sülhün, sabitliyin davamlı olması üçün birgə dualar edilib. Azad olunan ərazilərdə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə böyük həcmli quruculuq işlərinə başlandığını diqqətə çatdıran QMİ sədri Azərbaycanın hər zaman sülhsevər dövlət olduğunu, dostluq və əməkdaşlığa xüsusi önəm verdiyini, lakin ərazi bütövlüyünə hər hansı bir təhdid yaranacağı təqdirdə öz hərbi qüdrətini göstərməyə, düşmənə “dəmir yumruq”la cavab verməyə hazır olduğunu bildirib.
QMİ-nin nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin fəaliyyət göstərdiyini və bu qurumun xətti ilə Almaniyada, Avstriyada, İspaniyada, Türkiyədə və digər ölkələrdə müxtəlif konfransların keçirildiyini diqqətə çatdıran şeyxülislam ABŞ-dakı nüfuzlu yəhudi icmalarının da bu tədbirlərdə yaxından iştirak etdiyini, Stirlinq Fondu ilə də daha sıx əlaqələrin qurulmasında maraqlı olduğunu deyib.
Stirlinq Fondunun baş icraçı direktoru Ed Rou səmimi qarşılanmaya görə minnətdarlığını bildirib, təkcə Qafqaz regionunda deyil, dünyada sülhün qorunmasında şeyxülislam həzrətlərinin mühüm xidmətlər göstərdiyini qeyd edib.
Ed Rou bildirib ki, Azərbaycan xalqının multikultural dəyərlərə sadiqliyi, ərazisi işğalda qalarkən keçirdiyi ağrılar ona yaxşı tanışdı. Amerikalı qonaq deyib ki, o, 20 il əvvəl işi ilə bağlı bir müddət Bakıda, doğma yurd yerindən qaçqın düşən ailələrlə qonşuluqda yaşayıb. Ötən bu illər ərzində ölkəmizin böyük inkişaf yolu keçdiyini deyən Ed Rou xalqımıza davamlı sülh və sabitlik arzulayıb.
2020-ci ilin martında Stirlinq Fondunun dəvəti ilə Azərbaycandakı dini konfessiyaların təmsilçilərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Yuta ştatına səfəri, rəsmilərlə, din xadimləri və vətəndaş cəmiyyətinin fəalları ilə keçirilən görüşlər barədə məlumat verib. Bildirib ki, bu ilin noyabrında Yuta ştatını təmsil edən din xadimlərinin, nüfuzlu alimlərin Azərbaycana səfəri planlaşdırılır. Dini mərkəz olaraq QMİ ilə əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu deyən fondun baş icraçı direktoru şeyxülislam Allahşükür Paşazadəni ABŞ-a dəvət edib.
Görüşdə iştirak edən Azərbaycandakı Dağ Yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Azərbaycandakı Avropa Yəhudiləri Dini icmasının rəhbəri Aleksandr Şarovski, Rus Pravoslav Kilsəsinin protoiereyi Mefodi Əfəndiyev, Alban-udi dini icmasının rəhbəri Robert Mobili Azərbaycandakı tolerantlıq və multikultural mühitin dünya üçün bir nümunə olduğunu qeyd edib, ölkəmizdə yaşayan müxtəlif dinlərin ardıcıllarına yaradılan şəraitdən razılıqlarını bildiriblər.
Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

