Ümummilli lider Heydər Əliyev idealları məşəlimizdir
15.07.2021 [17:05]
İyulun 14-ü ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin ildönümüdür. 1969-cu ilin 14 iyul günü xalqımızın mövcud taleyinin yazıldığı tarixdir. Belə ki, respublikamızın bugünkü reallığı Azərbaycan dövlətini quraraq onun gələcək dövrlərdə də müstəqil və çiçəklənən gələcəyini təmin edən, xalqımız üçün gördüyü əvəzsiz işlərlə, yerinə yetirdiyi tarixi missiya ilə haqlı olaraq xalqımızın ümummilli lideri statusunu məhz xalqı tərəfindən qazanan Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələrdə əsaslı dönüş yarandı, intibahın təməli qoyuldu. Ulu Öndərin təşəbbüskarlığı, iradəsi, əzmkar fəaliyyəti tezliklə Azərbaycanı keçmiş ittifaqın inkişaf etmiş respublikaları sırasında önə çıxardı. Zəngin təbii sərvətlərinə, iqtisadi və insan potensialına baxmayaraq, digər müttəfiq respublikalardan geridə qalan Azərbaycan o illərdə sürətlə inkişaf etməyə başladı.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı və çoxşaxəli islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək əslində həm də gələcək müstəqilliyin təmin olunması üçün əsaslı qığılcım rolunu oynadı. Şəhərlərdə, rayonlarda, hətta kəndlərdə əsaslı inkişafın təməli qoyuldu. Qısa müddət ərzində yeni istehsal və sənaye müəssisələri yaradıldı. İnsanların sosial təminatı, mədəni-intellektual səviyyəsi yüksəldi. Ulu Öndərin təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olundu. Bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsasları üçün tutarlı zəmin yaradıldı. O zaman ölkədə hökm sürən ətalət Heydər Əliyev tərəfindən əzmkarlıqla radan qaldırılır, gündən-günə zəifləyən təsərrüfat və iqtisadiyyat dirçəldilir, xalqın vəziyyəti yaxşılaşırdı. Beləliklə də, getdikcə Azərbaycan İttifaq ölkələri içində mədəni, iqtisadi yüksəlişə qədəm qoydu. Heydər Əliyevin hələ sovet dövründə xüsusi diqqət göstərdiyi məsələlərdən biri SSRİ silahlı qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi, ordu quruculuğu işi idi ki, məhz bu baxımdan bu gün Azərbaycan Ordusu qalib ordu statusuna yiyələnibsə, bu nailiyyət ümummilli lider Heydər Əliyev siyasi xəttinin, güclü dövlət quruculuğu strategiyasının Prezident İlham Əliyev tərəfindən dəqiqliklə və yüksək peşəkarlıqla yürüdülməsinin nəticəsidir. Heydər Əliyev digər sahələrdə də kadr hazırlığı və təyinatı işinə böyük önəm verirdi. Belə ki, o, məsuliyyətli, savadlı, xalqa sadiq, mənəvi cəhətdən saf kadrları seçib respublikada, şəhər və rayonlarda rəhbər vəzifələrə təyin edirdi. Bu cür insanları rəhbər vəzifələrə təyin etməklə yanaşı, onlara tələbkarlıq da nümayiş etdirirdi.
Azərbaycançılıq məfkurəsinin müəllifi, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıdıb, ölkəmizə əbədi müstəqillik bəxş edib, Vətənimizi oddan-alovdan, təhlükələrdən xilas edib. Ən önəmlisi isə məhv olmağın astanasında dayanan xalqımızın milli qürurunu özünə qaytarıb. Heydər Əliyev, sadəcə, müstəqil Azərbaycanı qurmaqla kifayətlənməyib, xalqına özündən sonra da yaratdığı, memarı olduğu Azərbaycanı layiqli şəkildə idarə edəcək miras qoyub. Azərbaycan bu gün də Heydər Əliyev ideyalarından ilham alaraq inkişaf edir, güclənir, dünyanın nüfuzlu ölkələri ilə eyni cərgədə dayanır. Dünya miqyasındakı uğurlarımızın gündən-günə artması bir daha sübut edir ki, ulu öndər bizim üçün ən mükəmməl, ən sərfəli siyasi kurs və dövlət idarəçiliyi prinsipləri yaratmışdır. Bu gün əldə olunan uğurların təməlində Heydər Əliyevin imzası var. Demokratik düşüncəli, vətənpərvər, Azərbaycanın müstəqilliyinə ürəkdən bağlı, dünyanın siyasi proseslərini yaxından izləyən insanlar üçün Azərbaycan dövlətinə xidmət, ulu öndər Heydər Əliyev ideallarının yaşadılması, Prezident İlham Əliyevin siyasi fəaliyyətinə sadiqlik, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın humanist fəaliyyətini ən düzgün nümunə olaraq müəyyənləşdirmək əsas iş prinsipidir. Məhz bu amillər bizi parlaq sabahlara aparan məşəldir.
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

