Azərbaycanda vurulan vaksin dozalarının ümumi sayı 4 milyona yaxınlaşıb
10.07.2021 [09:15]
Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə davam etdirilir. COVID-19-a qarşı mübarizədə həm daxili, həm regional, həm də beynəlxalq səviyyədə böyük uğurlara imza atan Azərbaycan vaksinasiya məsələsində Cənubi Qafqazda lider ölkədir. Belə ki, hazırkı dövrədək Azərbaycanda vurulan vaksin dozalarının ümumi sayı 4 milyona yaxınlaşıb.
Həmçinin son həftələrdə ölkəmizdə COVID-19-a yoluxanların sayının azalması nikbinlik üçün əsas yaratsa da, arxayınlaşmağa səbəb olmamalıdır. Çünki COVID-19 pandemiyası tam olaraq aradan qalxmayıb. Həkim-infeksionist Sevil Babayeva bildirib ki, indiki mərhələdə qarşıda duran əsas vəzifə əhalinin peyvənd olunması prosesinin uğurla başa çatdırılmasıdır. Bunun üçün isə həmrəyliyə, peyvəndlərin əhəmiyyətini düzgün qiymətləndirərək vətəndaş məsuliyyəti nümayiş etdirməyə ehtiyac var.
Onun sözlərinə görə, peyvənd xəstəlikdən qorunmanın effektiv yolu olmaqla bərabər, koronavirusun həyatımızdan çıxarılmasına da imkan yaradacaq ən təsirli vasitədir: “Bir çox ölkələrdə COVID-19-a qarşı peyvəndlərin əldə olunmasında çətinliklər mövcuddur. Azərbaycanda isə 4 növ peyvənddən istifadə etmək imkanı yaradılıb. Bu az sayda ölkənin nail olduğu bir uğurdur. Koronavirusla bağlı müsbət dinamika nəticəsində may ayından etibarən ölkədə bir sıra məhdudiyyətlər aradan qaldırıldı. İstənilən halda vətəndaşlar arxayınlaşmamalı, ehtiyatı əldən verməməlidirlər. Beləliklə, xalqımız əvvəlki vəziyyətə qayıtmamaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı tövsiyələrinə əməl etməlidir. Qapalı yerlərdə tibbi maskalardan istifadə, eyni zamanda, sosial məsafənin qorunması, kütləvi yığıncaqların təşkil edilməməsi və şəxsi gigiyena kimi bir çox məsələlərə diqqət yetirmək lazımdır”.
“Ölkəmizdə kifayət qədər vaksin ehtiyatının olduğunu nəzərə alsaq, deyə bilərik ki, yaxın vaxtlarda biz bu xəstəlikdən tam yaxa qurtara biləcəyik. Bunun üçün isə xalqımız vaksinasiya prosesində daha fəal iştirak etməli və epidemioloji sabitliyin qorunub saxlanması üçün üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Koronavirusa qarşı kollektiv immunitet nə qədər tez yaranarsa, pandemiyadan da o qədər tez qurtula bilərik”, - deyə mütəxəssis vurğulayıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33

