Adil Əliyev: Gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi hər birimizin vəzifəsidir
01.07.2021 [09:35]
İyunun 30-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə vətənpərvərliklə bağlı çəkilən filmlərin, habelə Bakı Bələdiyyə Teatrının aktyoru İlqar Musayev, habelə ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılar ilə xüsusi karantin rejiminin şərtlərinə əməl etməklə görüş keçirib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Adil Əliyev döyüş meydanında qazanılmış tarixi Qələbəyə toxunaraq, bu Zəfərin şanlı tariximizin ən böyük hadisəsi olduğunu, gələcək nəsillərin bu Qələbəni hər zaman xatırlayacağını xüsusi vurğulayıb. Rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatların məntiqi yekunu olaraq ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyi, uzun illər işğal altında qalmış əzəli və əbədi torpaqlarımız düşmən işğalından birdəfəlik qurtulduğu iştirakçıların diqqətinə çatdırılıb. Vurğulanıb ki, Vətən müharibəsi Ordumuzun döyüş arsenalının müasir silahlarla təchiz edilməsi ilə yanaşı, Silahlı Qüvvələrimizin dünyanın ən yaxşı ordularından biri olduğunu göstərdi.
Gənc nəslin sağlam, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsinin zəruriliyinə toxunan A.Əliyev bundan sonra da bu sahədə məqsədyönlü iş aparılmasının vacibliyini qeyd edib. Bildirib ki, bu gün baş verənlərin gələcək nəslə ötürülməsi, həmçinin həqiqətlərimizin dünyaya çatdırılması mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, gənc nəslin tərbiyə edilməsində bədən tərbiyəsi və idmanın xüsusi əhəmiyyətinə toxunan Milli Məclis sədrinin müavini idmançılarımızın hər zaman beynəlxalq yarışlarda uğurla çıxış etməsini, idmanın ölkəmizin brendi olmasını, istər idmançılarımızın uğurları, istərsə də idman yarışlarının ölkəmizdə ən yüksək səviyyədə təşkilinin idmana verilən ən böyük dəyər olduğunu bildirib. Habelə idmançılarımızın hər zaman dövlətimizin başçısının diqqət mərkəzində olduğu, onların qayğılarının dərhal həlli üçün müvafiq göstərişlərin verildiyi qeyd edilib. Vurğulanıb ki, bu gün baş verənlərin gənc nəslə doğru şəkildə çatdırılması hər birimizin vəzifəsidir.
İdmançıları təbrik edən Milli Məclis sədrinin müavini onlara davamlı uğurlar qazanmağı arzulayıb. Görüşdə iştirak edən idmançılar üzərilərinə düşən məsuliyyəti yaxşı anlayaraq yarışlarda uğurlu çıxış edəcəklərini bildiriblər.
Sonra Adil Əliyev İlqar Musayevə işlərində uğurlar arzu edib. Vətənpərvər və maarifçi videoların çəkilməsinin bundan sonra da davam etdirilməsinin zəruriliyini bildirib.
İdmançılar şanlı Ordumuzun müharibədə qazandığı tarixi Zəfəri beynəlxalq yarışlarda uğurla davam edəcəklərinə əminliklərini bildiriblər.
Sonda idmanda fərqlənən şəxslərə parlamentin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

