COVID-19 və ürək ritminin pozulmaları
22.05.2021 [08:39]
Tofiq Cahangirov: Ağır dərəcəli kəskin respirator sindrom zamanı koronavirus infeksiyası kardiomiositləri zədələyərək aritmiyaların yaranmasına səbəb ola bilər
“Yeni növ koronavirus (COVID-19) infeksiyası dünyada 1 milyondan çox insanın ölümünə səbəb olub. Bu ölümlərin bir qismi də həyati təhlükəli ürək aritmiyaları da daxil olmaqla ürək-damar ağırlaşmaları ilə əlaqələndirilir”. Bu fikirləri akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə rəhbəri, professor Tofiq Cahangirov qəzetimizə açıqlamasında deyib.
Onun sözlərinə görə, ağır dərəcəli kəskin respirator sindrom zamanı koronavirus infeksiyası kardiomiositləri zədələyərək aritmiyaların yaranmasına səbəb ola bilər: “COVID-19 diaqnozu ilə hospitalizasiya olmuş, kardiak (ürək) aritmiyaları olan və olmayan pasiyentlərin retrospektiv təhlili zamanı məlum oldu ki, yanaşı çoxsaylı xəstəlikləri olan pasientlərdə aritmiya yaranma riski olduqca yüksəkdir. Belə ki, pasiyentlərin 69 faizində hipertoniya, 42 faizində diabet, 30 faizində ürək çatışmazlığı, 24 faizində koronar arteriya xəstəliyi var idi. Qeyd edək ki, bu pasiyentlərin böyük əksəriyyətində COVID-19-a yoluxmadan əvvəl heç bir aritmiya halları izlənilməyib. Aritmiya inkişaf edənlərin əksəriyyətində (81,8 faiz) sinus taxikardiyası və atrial (qulaqcıq) aritmiya, 20,7 faizində mədəcik aritmiyası və 22,6 faizində bradiaritmiya inkişaf edib. Aritmiyaların növündən asılı olaraq, dünyanın müxtəlif ərazilərində aritmiyaların rastgəlmə tezliyində də fərqli nüanslar izlənildi. Belə ki, digər qitələrə nisbətən Asiyada atrial fibrillyasiyaya daha az rast gəlindi (34 faizə qarşı 63 faiz)”.
Professorun sözlərinə görə, koronavirus infeksiyasının müalicəsində ilk dönəmlərdə Şimali Amerika və Avropada istifadə olunan hidroksixlorokinin xəstələrin əksəriyyətində aritmiya verməsi ilə bağlı müxtəlif fikirlər irəli sürüldü: “Həmçinin azitromisin də QT intervalını uzadaraq müxtəlif tip aritmiyalara səbəb ola bilər, xüsusən də orta və ağır dərəcəli COVID-19 pasiyentlərində. Bu məqsədlə, azitromisin təyin edərkən mütləq EKQ-də QT intervalının monitorinqi aparılmalı və pasiyentdə daha əvvələr özündə və ailə üzvlərində aritmiya anamnezi diqqətli şəkildə araşdırılmalıdır. Eləcə də aritmiya inkişaf etmiş pasiyentlərin 43 faizi mexaniki ventilyasiya dəstəyi almış və 51 faizi xəstəxanadan çıxaraq sağ qalmış pasiyentlər idi”.

Tofiq Cahangirov hesab edir ki, ürək ritminin pozulması COVID-19 infeksiyası ilə xəstəxanaya yerləşdirilən xəstələrdə yüksək morbidite (xəstələnmə) və ölümlə əlaqəlidir: “COVID-19 zamanı inkişaf edən toxuma və kardiak hipoksiyası, elektrolit pozğunluğu və aritmogen dərmanların qəbulu (məsələn, hidroksixlorokin, azitromisin) ürək aritmiyalarında COVID-19-un birbaşa və dolayı qatqısını təyin etməyi çətinləşdirir.
ABŞ-da COVID-19 diaqnozu ilə kritik vəziyyətdə hospitalizasiya olmuş 700 pasiyentin cəlb olunduğu araşdırmada reanimasiya şöbəsinə qəbulun müstəqil olaraq aritmiya riskinin 10 qat artması ilə əlaqəli olduğu göstərildi. Bu fakt, aritmiya hallarının inkişaf riskinin COVID-19 xəstəliyinin ağırlıq dərəcəsi ilə bağlı olduğunu təsdiqləmiş oldu. Həmçinin kardiak arrest (ürək dayanması) xəstəxanada ölümlə əlaqəli olmasına baxmayaraq, atrial fibrillyasiya (AF), bradikardiya və davamlı olmayan ventrikulyar taxikardiya (VT) kimi digər aritmiyalar ölümlə əlaqəli olmadığı göstərildi”.
Mütəxəssis hesab edir ki, COVID-19 zamanı aritmiya inkişaf edən pasiyentlərdə bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır: “Əgər əvvəllər də aritmiyası olub və hətta buna görə müalicə alıbsa da, bu pasiyentlərdə koronavirus infeksiyası ilə yoluxmadan sonra da aritmiyanın yaranması riski daha yüksəkdir. Bu cür pasiyentlər aritmiya əleyhinə dərmanları qəbul etməyi davam etdirməli, əgər dərmana qarşı refrakterlik (dözümlülük) yaransa, dozası artırıla və ya yeni antiaritmik preparatlar təyin oluna bilər. Pasiyentlərin müalicəsi zamanı mütləq olaraq kardiak (ürək) və non-kardiak (qeyri-ürək) yanaşı xəstəliklər də nəzərə alınmalıdır”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

