/ / COVID-19-dan qorunmağın ən yaxşı yolu gigiyena qaydalarına xüsusi əməl etməklə yanaşı, güclü immun sisteminə malik olmaqdır
COVID-19-dan qorunmağın ən yaxşı yolu gigiyena qaydalarına xüsusi əməl etməklə yanaşı, güclü immun sisteminə malik olmaqdır
21.05.2021 [08:58]
Bir ildən çoxdur ki, yeni növ koronavirus (COVID-19) infeksiyası dünyanı öz ağuşuna alıb. Bir sıra ölkələr, o cümlədən Azərbaycan pandemiyaya qarşı ardıcıl və məqsədyönlü mübarizə aparır, mühüm tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, hazırda ölkəmizdə COVID-19 ilə bağlı epidemioloji durum müsbət istiqamətdədir. Lakin ekspertlərin vurğuladıqları kimi, nə qədər ki, yeni növ koronavirus infeksiyası mövcuddur, arxayınlaşmaq olmaz.
Mütəxəssislər qeyd edirlər ki, COVID-19-dan qorunmağın ən yaxşı yolu gigiyena qaydalarına xüsusi əməl etməklə yanaşı, güclü immun sisteminə malik olmaqdır. Məsələ ilə bağlı Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, ümumi cərrah Namiq Novruzov bildirib ki, immunitet və ya immun sistemi yeni növ koronavirus infeksiyası ilə mübarizədə çox mühüm rol oynayır: “Hazırda pandemiya dövründə günün ən aktual məsələlərindən biri də immunitetin möhkəmləndirilməsidir. İmmunitet orqanizmin infeksiyalardan bioloji müdafiə sistemidir. Onun vasitəsilə orqanizm bütün yad parazit, virus, mikrob, göbələk və hətta təhlükə yaradan hüceyrələrdən qorunur. Belə ki, COVID-19 xəstəliyi immuniteti zəif olanlarda daha ağır və fəsadlarla keçir, bir çox hallarda ölümlə nəticələnir. Peyvənd olunduqdan sonra insan orqanizmində yaranan anticisimlərin səviyyəsi xəstəlikdən sonra olan səviyyədən də qat-qat yüksək olur və həmin orqanizmi bir neçə il infeksiyadan qorumaq qabiliyyətinə malik olur”.
“Hər kəsə öz həyatını pandemiyanın əvvəllərindən deyildiyi kimi, qoruyucu maskadan istifadə etmək, gigiyena qaydalarına əməl etmək və sosial məsafə saxlamaqla davam etdirməsi tövsiyə olunur. Peyvənd olunsaq da, hər ehtimala qarşı deyilənlərə əməl etməyimiz məsləhət görülür”, - deyə N.Novruzov qeyd edib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxElm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22

