/ / “COVID-19-la mübarizədə qısa müddətdə nəticə əldə edilməsi üçün kütləvi immunitetin yaradılması vacibdir”
“COVID-19-la mübarizədə qısa müddətdə nəticə əldə edilməsi üçün kütləvi immunitetin yaradılması vacibdir”
13.04.2021 [08:59]
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ardıcıl və məqsədyönlü mübarizə davam etdirilir. Paralel olaraq bu gün ölkəmizdə əhalinin vaksinasiya işləri uğurla reallaşır. Yeri gəlmişkən, TƏBİB bu məsələdə əsas hədəfin ölkəmizdə əhalinin 80 faizinin vaksinasiya edilməsindən ibarət olduğunu bəyan edib.
Qeyd edək ki, Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdəndir. COVAX platforması çərçivəsində Azərbaycana 84 min doza vaksin göndərilib.
Məsələ ilə bağlı akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə rəhbəri, YAP İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov qəzetimizə açıqlamasında bildirib ki, COVID-19-la mübarizədə qısa müddətdə nəticə əldə edilməsi üçün kütləvi immunitetin yaradılması vacibdir.

Mütəxəssisin sözlərinə görə, vaksinasiya olunmadıqda koronavirus infeksiyası ilə yoluxma zamanı xəstəlik ağırgedişli olur, eləcə də ölümə də səbəb ola bilir: “İlk növbədə, həkim olaraq vaksinasiya prosesinə münasibətim çox müsbətdir. Bildirmək istərdim ki, tarixən müxtəlif infeksion xəstəliklərdən qorunmaq məqsədilə müxtəlif vaksinlər tətbiq olunub və hazırda da tətbiq olunmaqdadır. Çox sevindirici haldır ki, dünya alimlərinin səyi nəticəsində COVID-19 əleyhinə vaksinlər qısa zaman ərzində hazırlandı və dünya əhalisinə uğurla tətbiq olunmağa başladı.
Bəzi etibarlı olmayan mənbələrdən daxil olan məlumatlara vətəndaşlarımız inanmasınlar. Çünki bu cür mənbələrdən yayımlanan məlumatlar əhalidə vaksinasiya barədə çaşqınlıqlar yaradır. Vaksinasiya olmaqla biz yalnız özümüzü deyil, eləcə də ailəmizi, doğmalarımızı və digər insanları da bu infeksiyaya yoluxmaqdan qorumuş oluruq. Çünki vaksinasiya olunmadıqda koronavirus infeksiyası ilə yoluxma zamanı xəstəlik ağırgedişli olur, müxtəlif tromboembolik və ürək-damar ağırlaşmlarına, eləcə də ölümə də səbəb ola bilir. Ona görə də dəyərli vətəndaşalarımıza müraciət edərək hər kəsi vaksinasiya olunmağa çağırıram, xüsusən də risk qrupu altında olan pasientlərin vaksinasiyaya cəlb olunması çox əhəmiyyətlidir”.
“Son dönəmlərdə qeydiyyatdan keçmiş bəzi vaksinlərlə aparılan tədqiqatların nəticələri göstərdi ki, bu vaksinlər koronavirus infeksiyasına yoluxma hallarının qarşısını almaqda çox effektivdir. Məhz bu vaksinlərdən biri də “CoronaVAC” vaksinidir. Bu vaksin COVID-19-dan etibarlı qorunmanı təmin etməklə yanaşı, həm də təhlükəsizlik nəticələrinə görə də digər vaksinlərlə müqayisədə, çox az sayda əhəmiyyətli olmayan əlavə təsirlərə malikdir. Peyvəndlənməyə 2 cür yanaşma mövcuddur. Canlı, zəiflədilmiş vaksinlərdə xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. İnaktiv peyvəndlərdə isə genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur. “CoronaVAC” vaksini inaktiv vaksindir. Bütün məlum olan vaksinlər kimi, “CoronaVAC” da iki dozada vurulur. “CoronaVAC” vaksini hazırda təkcə Azərbaycanda deyil, eləcə də qardaş ölkə Türkiyədə, Braziliyada, Çilidə və digər ölkələrdə də kütləvi şəkildə uğurla tətbiq olunmaqdadır”, - deyə professor vurğulayıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

