/ / Azərbaycan və Rusiya baş prokurorlarının görüşündə hüquqi sahədə əməkdaşlığın aktual məsələləri müzakirə olunub
Azərbaycan və Rusiya baş prokurorlarının görüşündə hüquqi sahədə əməkdaşlığın aktual məsələləri müzakirə olunub
10.04.2021 [09:55]
Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun Azərbaycana səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib. Görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçıları İlham Əliyev və Vladimir Putinin birgə səyləri və siyasi iradələri sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi xüsusilə qeyd olunub.
Dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlərin, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə və məhkəmə-hüquq sistemində aparılan islahatlar, o cümlədən səmərəli dövlət idarəetməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yüksəldilməsi üzrə tədbirlər və əldə olunmuş nailiyyətlər barədə geniş məlumat verib.
Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbə ilə bağlı qonağa məlumat verərkən Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması istiqamətində Rusiya dövlətinin sülhməramlı qismində gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd edərək, Rusiyanın Azərbaycan və Ermənistan arasında balanslaşdırıcı mövqedən çıxış etməsinin regionda sülhün əbədi bərqərar olmasına xidmət edəcəyinə əminliyini bildirib.
Baş prokuror Kamran Əliyev ötən illər ərzində prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, gənc hüquqşünaslardan ibarət kadr korpusunun formalaşdırılması istiqamətində aparılan mütərəqqi işlər, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqələr barədə qonaqları məlumatlandırıb.
Həmçinin Azərbaycan və Rusiya prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan Baş prokuror bu əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb. Habelə digər hüquq mühafizə orqanları ilə birgə qarşılıqlı fəaliyyət nəticəsində ölkəmizin MDB məkanında cinayətlərin sayına görə ən müsbət göstəricilərə malik olduğu diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib. İki dost və tərəfdaş dövlətin prokurorluq orqanları arasında uzunmüddətli sıx əlaqələrin olduğunu diqqətə çatdıran qonaq respublikamızın qısa zamanda bir çox sahələrdə mühüm uğurlar qazanmasının canlı şahidi olduğunu qeyd edərək, xüsusilə prokurorluq orqanlarının müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu vurğulayıb.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər müzakirə olunub.
Baş prokurorlar əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında” niyyət bəyanatı imzalayıblar.
Səfər çərçivəsində nümayəndə heyəti İçərişəhərdə yerləşən UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olub. Daha sonra Heydər Əliyev Mərkəzinə gedən qonaqlara orada yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.
Bununla da Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun ölkəmizə rəsmi səfəri başa çatıb və nümayəndə heyəti Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

