/ / ANAMA Şuşa şəhərinin ətrafında böyük dağıdıcı gücə malik “İsgəndər” raketinin qalıqlarını aşkarlayıb
ANAMA Şuşa şəhərinin ətrafında böyük dağıdıcı gücə malik “İsgəndər” raketinin qalıqlarını aşkarlayıb
02.04.2021 [22:13]
Araşdırma zamanı müəyyən edilib ki, bu, Operativ-Taktiki Raket Kompleksi olan “İsgəndər - M”in qalıqlarıdır
Azərbaycanın Böyük Qayıdış planında Vətən müharibəsində işğaldan azad edilən ərzilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilib. Hazırda müvafiq qurumlar bu istiqamətdə işləri intensiv şəkildə davam etdirirlər. Elə bu günlərdə ANAMA işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadantəmizləmə tədbirləri zamanı Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İsgəndər” raketinin qalıqlarını aşkarlayıb. Araşdırma zamanı müəyyən edilib ki, bu, Operativ-Taktiki Raket Kompleksi olan “İsgəndər - M”in qalıqlarıdır.
Minatəmizləyənlər “İsgəndər” raketinin qalıqlarının aşkar olunduğu dörd ərazi müəyyən ediblər
Xoşbəxtlikdən, raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. ANAMA əməkdaşları bir-birindən xeyli aralı məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər. Raketin qalıqları aprelin 2-də Bakıda KİV təmsilçilərinə nümayiş olunub.
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibədə Azərbaycan ərazisinə, konkret desək, Şuşaya “İsgəndər - M” raketinin atılması bir sıra suallar doğurur. Açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana “İsgəndər - M” raketinin sadələşdirilmiş variantı sayılan “İsgəndər - E” raket kompleksi verib. Bu raketlərin texniki göstəriciləri “İsgəndər - M”lə müqayisədə xeyli aşağıdır. Belə ki, “İsgəndər - M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 km-dək məsafə qət edə bilir. “İsgəndər -E” raketinin uçuş trayektoriyası isə cəmi 280 kilometri əhatə edir. Sual isə başqadır: Əgər Rusiya Ermənistana “İsgəndər - M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması necə izah oluna bilər? Digər tərəfdən, Rusiya Prezidentinin Administrasiyasından yayılan məlumatda bildirilib ki, Qarabağda münaqişə zamanı “İsgəndər” raketlərindən istifadə olunmayıb. Lakin Şuşa ətrafında “İsgəndər - M” raketinin qalıqlarının tapılması bu açıqlamanın reallıqdan uzaq olduğu qənaətini möhkəmləndirir. Şübhə yoxdur ki, zaman indi narahatlıq yaradan suallara aydınlıq gətirəcək.
İşğalçı Ermənistan beynəlxalq konvensiyaları kobud şəkildə pozur
İşğalçı Ermənistanın artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində, həmçinin 44 günlük müharibə dövründə əl atdığı müharibə cinayətlərinin əhatə dairəsi çox genişdir.
Ümumiyyətlə, müharibə dövründə döyüş meydanında aciz durumda qalan erməni hərbi birləşmələri öz məğlubiyyətlərinin əvəzini yaşayış məntəqələrini, mülki infrastrukturu, dinc sakinləri intensiv atəşə tutmaqla çıxmağa çalışırdılar. 44 günlük müharibə dövründə respublikamızın münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhərləri qadağan olunmuş silahlardan dəfələrlə atəşə məruz qaldı. Bu hücumlar nəticəsində 100-dək soydaşımız həyatını itirdi. Ermənistan, həmçinin sonrakı mərhələdə müharibə cinayətlərini davam etdirərək minalanmış ərazilərin xəritələrini Azərbaycana vermir. Şuşaya “İsgəndər” raketinin atılması, minalanmış ərazilərin xəritələrinin gizlədilməsi onu göstərir ki, işğalçı Ermənistan beynəlxalq konvensiyaları kobud şəkildə pozur və insan haqlarına açıq-aşkar hörmətsizlik nümayiş etdirir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20

