QMİ sədri Rus Pravoslav kilsəsinin mitropoliti ilə görüşüb
05.03.2021 [09:21]
Martın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav kilsəsinin mitropoliti İoan (Georgi Roşşin) ilə görüşün.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaq Şeyxülislam həzrətlərinə Moskva və bütün Rusiya patriarxı Kirilin salam-dualarını çatdırıb.
Qonağı səmimi salamlayan QMİ sədri, Qafqaz Müsəlmanları İdarəsi üçün Rus Pravoslav kilsəsi ilə əlaqələrin xüsusi önəm kəsb etdiyini vurğulayıb, iki dini mərkəz arasında ənənəvi dostluq, qarşılıqlı ehtiram və sıx əməkdaşlıq əlaqələrin mövcud olduğunu qeyd edib. Şeyxülislam həzrətləri pandemiya dövrünün bu əməkdaşlığa böyük ölçüdə təsir göstərdiyinə baxmayaraq, RPK və QMİ nümayəndələri arasında mütəmadi fikir mübadiləsinin aparılmasında və istər onlayn, istərsə də əyani görüşlərin davam etdirilməsindən məmnunluğunu dilə gətirib, bu əlaqələrin qlobal dinlərarası dialoqa böyük töhfə verdiyini bildirib.
Daha sonra Şeyxülislam həzrətləri Azərbaycanın əzəli Qarabağ torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan bütün dini konfessiyadan olan bütün vətəndaşlarımızın, o cümlədən rus pravoslav qardaşlarımızın dövlət ətrafında sıx birləşməsindən, onların da arasında şəhid qəhrəmanlarımızın olduğunu fəxarətlə vurğulayıb. Şeyxülislam həzrətləri erməni təcavüzkarlarının 30 il istila altında qalan əzəli torpaqlarımızda həyata keçirdikləri zorakılıq və etnik təmizləmə cinayətlərindən, tarixi-dini abidələrimizə qarşı törətdikləri vandalizm aktlarından bəhs edib, hazırda ölkəmiz qarşısında azad olunmuş torpaqlarda bərpa və dinc həyatın yenidən qurulması, dini məbədlərin, o cümlədən məkrli qriqorianlaşdırma əməllərinə məruz qalmış tarixi xristian məbədlərinin gələcəyinin müəyyən edilməsi, eləcə də Ermənistan dövlətinin və erməni kilsəsinin Azərbaycana qarşı apardığı dünya miqyaslı iftira və ləkələmə kampaniyasına, Ermənistanla Azərbaycan arasında qarşıdurmanın dini müstəviyə keçirmək cəhdlərinə qarşı fəaliyyət kimi vəzifələrin durduğunu qeyd edib.
Öz növbəsində, Moskva və bütün Rusiya patriarxı Kiril həzrətlərinə öz səmimi salam-dualarını yetirən Şeyxülislam, Ermənistanla Azərbaycan arasındakı münaqişənin guya dini müstəvidə olduğunu göstərməyə imkan verməmək üçün indiyədək böyük işlər görən Rus Pravoslav kilsəsi bundan sonra da regionda dinc həyatın bərpa olunması yolunda öz səylərini əsirgəməyəcək.
Qəbula görə Şeyxülislam həzrətlərinə öz təşəkkürünü bildirən mitropolit İoan yenidən Azərbaycanı ziyarət etməkdən xoşbəxt olduğunu bildirib. O, QMİ sədrinin fikrinə şərik çıxaraq 21-ci əsrdə dinlərin və dinlərarası əməkdaşlığın əhəmiyyətinin daha da artdığını, müasir dünyanın problemlərinə qarşı ən təsirli vasitələrdən biri olduğunu qeyd edib.
Görüş səmimi dostluq şəraitində keçib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

