“Peyvəndləmə tədbiri nəticəsində həyat normal məcraya dönəcək”
02.03.2021 [09:07]
Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə, o cümlədən vaksinasiya davam etdirilir. Mütəxəssislərin sözlərinə görə, COVID-19 əleyhinə vaksin pandemiyadan qurtulmağımızın yeganə yoludur.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən həkim-infeksionist Namiq Nəbiyev bildirib ki, tərəddüd etmədən peyvəndi vurdurmaq, cəmiyyətimizi pandemiyadan xilas etmək lazımdır. Onun sözlərinə görə, həyatın əvvəlki məcrasına qayıtması yolu peyvəndləmədən keçir: “Son bir ildə həyatımızı iflic edən yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq edilən peyvəndlər uğurlu nəticələr verir. Ümid etməyə dəyər ki, aparılan peyvəndləmə tədbiri nəticəsində həyat normal məcraya dönəcək. Peyvənd virusların yayılmasının qarşısını alan yeganə vasitədir. Onun tətbiqinin alternativi yoxdur”.
“Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya ilk başlayan və ən təhlükəsiz, ən effektli vasitələrin gətirilməsini təmin edən ölkədir. Peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. “CoronoVAC” vaksini yeni növ koronavirusun öldürülmüş və tam zərərsizləşdirilmiş formasıdır. Orqanizmə onun inyeksiya edilməsi çox müsbət nəticə verir. Ona görə də Çin istehsalı olan həmin peyvəndə üstünlük verilir. Tibb işçiləri arasında aparılan vaksinasiya onun təhlükəsiz olduğunu bir daha sübut etdi və ağırlaşma halları baş vermədi. Əhalinin böyük hissəsi vaksinasiya mərhələsini keçəndən sonra koronavirus təhlükəsinin sovuşacağına böyük ümidlər var”, - deyə həkim vurğulayıb.
Peyvənd vurulmamışdan əvvəl gözlənilməli şərtlər barədə danışan həkim-infeksionist diqqətə çatdırıb ki, ən azı bir sutka qabaqcadan, peyvənd vurulandan da sonra ən azı bir, iki sutka spirtli içki qəbul edilməməlidir. Vaksinasiyadan əvvəl və sonra allergiyaya səbəb olan qidalardan imtina edilməlidir. Bu şərtlərə əməl olunması lazımdır.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

