/ / FHN-in Vətən müharibəsində xidmətdə fərqlənmiş əməkdaşları Gənclər Günü münasibətilə mükafatlandırılıb
FHN-in Vətən müharibəsində xidmətdə fərqlənmiş əməkdaşları Gənclər Günü münasibətilə mükafatlandırılıb
02.02.2021 [09:51]
Fevralın 1-də Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə nazirliyin Xətai rayonunda yerləşən inzibati binasında Vətən müharibəsi zamanı xidmətdə fərqlənmiş əməkdaşlarla 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Himninin səsləndirilməsindən sonra Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük siyasi iradəsi və Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində qazanılmış Zəfər münasibətilə toplantı iştirakçılarını təbrik edib.
Erməni terrorçularının zaman-zaman Azərbaycan xalqının başına gətirdiyi faciələrdən, həyata keçirdikləri soyqırımı aktlarından, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından, tarixi ərazilərimizdə törədilən vandalizmdən, vəhşiliklərdən söz açan Mehman İsmayılov deyib: “Ermənistan ordusunun genişmiqyaslı təxribatlarına cavab olaraq rəşadətli Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” adı altında başladığı 44 günlük əks-həmlə əməliyyatı nəticəsində tarixi torpaqlarımız otuz illik işğaldan sonra azad edildi. Bu şanlı Qələbə ilə Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik mifi” darmadağın edildi, Azərbaycan əsgərinin sarsılmaz qələbə əzmi və milli ordumuzun hərbi qüdrəti, potensialı bütün dünyaya nümayiş etdirildi”.
Mehman İsmayılov Vətən müharibəsi dövründə düşmənin Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini, infrastruktur obyektlərini ağır artilleriya və raket qurğularından intensiv atəşə tutulması nəticəsində baş verən yanğın və fəsadların aradan qaldırılmasında, mühəndis-istehkam qurğularının yaradılmasında FHN əməkdaşlarının xüsusi fədakarlıqlarından söz açıb. O, nazirlik əməkdaşlarının Vətən müharibəsi dövründə könüllü olaraq və ya səfərbərlik üzrə döyüşlərdə iştirak edərək, rəşadətlə vuruşduqlarını vurğulayıb. FHN həmkarlar ittifaqının sədri hazırda nazirliyin əməkdaşlarının işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi işlərində yaxında iştirak etdiklərini diqqətə çatdırıb.
Sonra nazirliyin Vətən müharibəsində könüllü olaraq və səfərbərlik əsasında iştirak etmiş, eləcə də xidmətdə fərqlənən əməkdaşları FHN işçilərinin həmkarlar ittifaqı tərəfindən mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35

