Şuşanın alternativ içməli su təchizatı təmin edilib
18.12.2020 [08:52]
Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən, “Azərsu” ASC işğaldan azad olunmuş Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün təxirəsalınmaz tədbirləri davam etdirir. Kiçik Kirs mənbəyindən sonra Zarıslı mənbəyindən suyun verilməsi ilə Şuşa şəhərinin alternativ və dayanıqlı içməli su təchizatı təmin olunub.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Şuşa şəhərinin içməli su təchizatının dayanıqlılığını təmin etmək və Kiçik Kirs mənbəyindən asılılığı aradan qaldırmaq üçün Zarıslı mənbəyi və Zarıslı-Şuşa magistral kəmərində aparılan təmir-bərpa işləri yekunlaşıb və şəhərə yeni mənbədən suyun verilməsi təmin olunub. Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə Şuşa şəhərindən 11 kilometr məsafədə yerləşən Zarıslı mənbəyi və Laçın-Şuşa avtomobil yolunun kənarı ilə çəkilmiş magistral su xətti tam təftiş edilib, kəmərin qəzalı hissələri müəyyənləşdirilib.
“Azərsu” ASC-nin Bakıdan və Cəbrayıl sukanal sahəsindən ezam olunmuş mühəndis-texniki heyəti tərəfindən qısa müddətdə qəzalar aradan qaldırıb, kəmərin sıradan çıxmış hissələri dəyişdirilib. Eyni zamanda, mənbədə olan 3 sugötürücü qurğudan ikisində təmir-bərpa işləri başa çatdırılaraq mənbənin məhsuldarlığı artırılıb. Kəmərlə nəql olunan içməli suyun mərkəzi anbara və buradan da şəhər şəbəkəsinə ötürülməsi təmin edilib. Anbarda generator quraşdırılıb, hipoxlorid məhlulundan istifadə olunmaqla zərərsizləşdirici qurğu istismara verilib. Şəhərin anbardan yüksəklikdə yerləşən ərazilərinin su təminatının aparılması məqsədilə anbarda yeni nasos quraşdırılıb. Eyni zamanda, zərurət yarandıqda suyun maşınlarla daşınması üçün sudoldurma məntəqəsi yaradılıb.
Hazırda Şuşa şəhərinin daxili paylayıcı su şəbəkəsinin sıradan çıxmış və qəzalı hissələrinin təmiri davam etdirilir, su almayan bina və tikililərin su təchizatı bərpa olunur.
Qeyd edək ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayanmışdı. Düşmən tərəf şəhəri tərk edərkən magistral su kəmərini də sıradan çıxarmışdı. Yaranmış içməli su probleminin həlli məqsədilə ilkin olaraq Daşaltı kəndinin içməli su təchizatı bərpa edilib və Şuşa şəhərini müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək üçün Daşaltıda sudoldurucu məntəqə yaradılıb. Sonra Kiçik Kirs mənbəyində və uzunluğu 9,4 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələrində bərpa işləri aparılaraq noyabrın 25-də Şuşa şəhərinə suyun verilməsi təmin edilib.
Mənbələrdə, magistral kəmərlərdə və şəhərdaxili paylayıcı şəbəkələrdə yaranan problemlərin operativ həlli məqsədilə “Azərsu” ASC-nin mühəndis-texniki heyəti və qəza briqadası tərəfindən Şuşa şəhərində fasiləsiz xidmət təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

