/ / Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksələn qəhrəman Kərim Məmmədov
Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksələn qəhrəman Kərim Məmmədov
16.12.2020 [09:46]
2020-ci il Azərbaycanın tariximizə Zəfər ili, topraqlarımızın işğaldan azad olunduğu il kimi düşdü. Sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Ordumuzun başğadığı 44 günlük Vətən müharibəsi düşmənin sarsıdıçı məğlubiyyəti ilə nəticələndi. Azərbaycan xalqı bu müharibədən alnı açıq, üzü ağ çıxdı, Zəfər, qələbə qazandı. Döyüş meydanında qazandığımız qələbəyə görə xalqımız Müzəffər Ali Baş Komandanımız başda olmaqla ordumuza, igid zabit və əsgərlərimizə, qazilərimizə və canını Vətən yolunda fəda edən şəhidlərimizə minnətdardır. Biz də “Yeni Azərbaycan” qəzeti olaraq du sayımızdan etibarən Vətən müharibəsi zamanı döyüş meydanında əsl qəhrəmanlıq göstərib, yeni dastanlar yazan şəhid və qazilərimiz haqqında oxucularımıza ətraflı məlumat verəcəyik.
Kərim, sanki, hər gün şəhidliyə doğru yol gedirdi
Beləliklə, ilk yazımız torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərərək qəhrəmancasına şəhid olan Kərim Namil oğlu Məmmədov haqqındadır. Onu yaxından tanıyanlar deyirlər ki, Kərim, sanki, hər gün şəhidliyə doğru yol gedirdi. Və nəhayət, o gün gəldi, Uca Tanrı igidlərin içərisindən seçdiyi bəndələrindən biri kimi onu da önə çəkdi, əyninə şəhidlik libası biçdi. Kərim qəlbinin istəyi ilə fədakar bir ömrə yolçuluq etdi. Bu mübariz insan şərəfli bir həyat yaşadı... Fani dünyada ömrünün bitdiyi andan əbədiyaşarlığa qovuşdu....
Kərimin həyat hekayəsini qələmə almaq üçün Məmmədovlar ailəsinin Gəncənin mərkəzi küçələrindən birində yerləşən evinin önündə Azərbaycan və Türkiyənin qoşa bayraqları asılmış mənzilinə baş çəkdik. Qapını şəhidin həyat yoldaşı Əfsanə xanım açdı. Sonra isə qarşımıza şəhidin gülüzlü balaları - 7 yaşlı Zeynəb və 5 yaşlı Hüseyn qaçdı. Hüseyn böyüklərə xas təmkinlə bizimlə salamlaşdı, Zeynəb isə danışmağa başladı: “Hüseyn anama oxşayır, mənim gözüm, qaşım atama oxşayır”. Balaca Zeynəb atasına oxşadığına görə fəxr edirdi, sanki özünü göylərin yeddinci qatında hiss edirdi. Zeynəbin sözündən, söhbətindən doymaq çətin idi, danışdıqca atasına oxşayan gözləri par-par yanırdı.
Zeynəbin hay-küyünə, şən gülüşlərinə Kərimin anası Zərifə xanım da həyətə çıxdı. Şəhid anası məğrur dayanmışdı. Məqsədimizin Kərimin həyat tarixçəsini vərəqləmək olduğunu bilən Zərifə xanım canını, qanını Vətən uğrunda qurban verən Kərim kimi oğulun anası olduğu üçün fəxr etdiyini xüsusilə vurğuladı.
Hərbi xidmətində hər zaman nümunəvi olub...
Beləliklə, xatirələr çözələndi. Şəkillərdən gülə-gülə bizə baxan Kərimin qısa, ancaq mənalı həyat hekayəsini anasının, həyat yoldaşının dilindən eşitdik: Kərim Məmmədov Gəncə şəhər 27 saylı tam orta məktəbi bitirib. Vətənə, elə-obaya xeyirli övlad olmaq arzusu ilə yaşayıb. Hərbi xidmətdə olduğu müddətdə nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərman və medallarla təltif edilib. Daxili Qoşunlarda müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmət edən Kərim təhsilini davam etdirir, gizir kimi xidmətə başlayır. Yenə də nümunəvi xidmətinə görə fəxri fərmanlarla, diplomlarla təltif edilir, şəkili Şərəf lövhəsindən asılır.
Əfsanə xanım deyir ki, Kərim yarımçıq işi xoşlamazdı. 2020-ci ilin sentyabrın 16-da bel yırtığından əməliyyat olunmuşdu. Dövlət tərəfindən verilən 60 günlük məzuniyyətin heç 60 saatını özünə həsr etmədi, dincəlmədi, yenidən sevdiyi peşəsinə, iş başına qayıtdı. Əməliyyatdan çıxmasına baxmayaraq Vətən müharibəsində silahını əlinə alıb döyüş meydanına atıldı. Oktyabrın 2-də Murov uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi.
“Anasını, övladlarını hədsiz sevirdi. Əsgərləri də balalarından seçmirdi. Deyirdi ki, orda olan əsgərlər mənim balalarımdır. Mən onlara elə diqqət göstərməliyəm ki, onlar özlərini yalnız hiss etməsinlər” - deyən Əfsanə xanım göz yaşlarını saxlaya bilmir: “Adətən, sözünü-sirrini ataya-anaya deyirsən. Mənim sirr yerim, söz yerim Kərim olub. Ürəyimdəkiləri onunla paylaşardım. Həmişə qar görməyi çox arzuladığımı deyərdim. Gəncəmiz demək olar ki, neçə qış fəslini qarsız yola salmışdı. Ötən qışda Gəncəyə əməlli-başlı qar yağdı. Kərim komandirindən icazə alıb, gəldi, bizi Gəncənin daha çox qarla örtülü hissələrinə apardı. Bu bizim Kərimlə birlikdə keçirdiyimiz son qarlı günümüz oldu”.
O, təkcə övladlarına deyil, Azərbaycan gənclərinə də əsl örnək oldu
Tanrı Məmmədovlar ailəsinin taleyinə şəhidlik yazmışdı... Kərim ailəsindən, övladlarından çox Vətənini sevirdi. Ailə şəkillərinə baxırıq... Ailə səadətinin şirinliyi onların gözlərindən, üzlərindəki təbəssümdən oxunur. Bir də şücaəti, igidliyi və vətənpərvərliyi ilə yadda qalan Kərimin “öncə Vətən!” ruhunun onun bütün ailə üzvlərinin varlığına hakim kəsildiyini görürük.
Məmmədovlar ailəsində Kərimin ilk nübar sevinci, qız övladı Zeynəb, oğul payı Hüseyn böyüyür. İndi ailənin ağır yükü Əfsanə Məmmədovanın çiyinlərinə düşüb. Həyat yoldaşının arzularına, ideyalarına sadiq olan bu vəfalı qadın Uca Yaradandan güc, qüvvət istəyir ki, Kərimin yadigarları - Zeynəbi, Hüseyni onun vəsiyyət etdiyi kimi, milli ruhda yetişdirsin. Düşünür ki, Kərimdən sonra dərd içində özünü məhv etməyə mənəvi haqqı yoxdur, qarşıda onu böyük işlər gözləyir. Özünü toparlayıb həyatına davam etməli, Kərimin əqidəsinə sadiq, Vətənə layiq övladlar böyütməlidir.
Onu da öyrənirik ki, şəhidliyi ilə təkcə övladlarına deyil, Azərbaycan gənclərinə də əsl örnək olan Kərimin Vətən uğrunda döyüşlərə yola düşəndə ailəsinə, valideynlərinə son sözü “məndən nigaran qalmayın” olub. Biz isə deyirik, igid Vətən oğlu, rahat uyu və sən də ailəndən, valideynlərindən, gül üzlü balalarından qətiyyən nigaran qalma.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

