/ / “Beynəlxalq münasibətlər sisteminin nüfuzlu aktoru olan Azərbaycan yeni geostrateji reallıqlar formalaşdırır”
“Beynəlxalq münasibətlər sisteminin nüfuzlu aktoru olan Azərbaycan yeni geostrateji reallıqlar formalaşdırır”
28.11.2020 [01:31]
“Yeni Azərbaycan”qəzeti KİVDF-nin elan etdiyi müsabiqə üzrə bu mövzuda onlayn “dəyirmi masa” keçirib
“Yeni Azərbaycan” qəzeti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) elan etdiyi müsabiqə üzrə layihələrin icrası çərçivəsində müvafiq mövzuların müzakirəsi ilə bağlı onlayn “dəyirmi masa”ları davam etdirir. Noyabrın 26-da növbəti “dəyirmi masa” “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi” istiqaməti üzrə “Beynəlxalq münasibətlər sisteminin nüfuzlu aktoru olan Azərbaycan yeni geostrateji reallıqlar formalaşdırır” mövzusunda keçirilib.
“Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru, layihə rəhbəri Nurlan Qələndərlinin moderatorluğu ilə keçirilən “dəyirmi masa”da Milli Məclisin deputatı Arzu Nağıyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov iştirak ediblər.
Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursunun Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, respublikamız öz milli maraqlarını beynəlxalq müstəvidə qətiyyətlə müdafiə edir, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı Azərbaycanın qarşısında yeni perspektivlər açır.
Tədbirdə qeyd edilib ki, beynəlxalq hüquq normalarına əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi möhtəşəm tarixi zəfər - şanlı qələbədir. Azərbaycan bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya səbhəsində mütləq qalibiyyət əldə edib.
Əminlik ifadə olunub ki, regionda və bütövlükdə Avrasiya geosiyasi məkanında yeni reallıqlar formalaşdıran Azərbaycan bundan sonra da beynəlxalq arenada ardıcıl nailiyyətlər qazanacaq.
Onlayn “dəyirmi masa”da mövzu ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20

