AHİK-in İcraiyyə Komitəsi Fransa Senatının qərəzli qətnaməsi ilə bağlı bəyanat yayıb
28.11.2020 [01:29]
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi noyabrın 25-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin vasitəçilərindən olan Fransa Senatının bu ölkədə fəaliyyət göstərən türkofob, islamofob siyasi dairələrinin və erməni lobbisinin təhriki ilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış və noyabr ayında (2020-ci il) mövcudluğuna son qoyulmuş “Dağlıq Qarabağ respublikası”nın tanınmasını tövsiyə edən qətnamə qəbul etməsi ilə əlaqədar bəyanat yayıb.
AZƏRTAC bəyanatı təqdim edir: “Fransa rəhbərliyinin, bu Qərbi Avropa ölkəsinin dövlət orqanlarının Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə tutduğu mövqe əslində tam mövqesizlikdir, hüquqtanımazlıqdır. Fransanın bu “mövqeyə” istinadən etdiyi hərəkətlər ən elementar tənqidə belə tab gətirmir. Ona görə ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir, bu onun üzərinə tarixi, siyasi, mənəvi məsuliyyət qoyur.
Fransa Respublikası Senatında qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasının mümkünlüyü haqqında sənədin müzakirəyə çıxarılması Azərbaycanın dünya birliyi, beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən Fransanın özü tərəfindən tanınmış suverenliyinə, ərazi bütünlüyünə qarşı qəsddir. Bu, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren hüquqlarına, birgəyaşayış normalarına qarşı çox kobud müdaxilə cəhdidir. Bu, Qafqazın iki dövləti arasında ədalətli sülh anlayışının elementar tələblərinə cavab vermir. Müharibənin hərbi mərhələsinin başa çatdığı, siyasi-diplomatik mərhələnin başladığı, ədalətli nizamlanmaya inam yarandığı bir dövrdə Fransa 44 gün ərzində də ermənipərəst mövqe tutmuşdu. Fransa elan olunmamış Ermənistan - Azərbaycan müharibəsinə münasibətdə, demək olar, həmişə Ermənistanın yanında durub. Ona görə, heç olmazsa, müharibənin başa çatıb, siyasi çözümün başladığı dövrdəsə Fransa öz dövlət imicinin, vasitəçi mandatının qayğısına qalmağa borcludur.
Fransa Senatının qəbul etdiyi bu qətnamə Avropa İttifaqının və Avropa Parlamentinin, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi sənədlərin, Fransa Respublikasının özünün də dəstəklədiyi, BMT-nin dörd qətnaməsinin tələblərinin heçə sayılmasıdır.
Qətnamədə Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatında Türkiyə Silahlı Qüvvələrinin və Yaxın Şərqdən cəlb olunan muzdluların iştirakı, dinc əhaliyə qarşı guya müharibə cinayətləri barədəki iddia heç bir fakta əsaslanmır və böhtan xarakterlidir. Əksinə, bir sıra ölkələrin, o cümlədən Fransanın erməni millətindən olan vətəndaşlarının Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşmələri təkzib oluna bilməyən faktlarla öz təsdiqini tapmışdır. Bunu Ermənistan Respublikasının prezidenti də öz müsahibəsində etiraf etmişdir. Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın əməliyyat zonasından xeyli uzaqda yerləşən yaşayış məntəqələrinin qadağan olunmuş silahlardan atəşə tutulması nəticəsində 94 dinc sakinin həlak olması əsl müharibə cinayətidir.
Yaxşı olardı ki, Fransa Senatı müstəmləkəçilik dövründə bir sıra ölkələrdə həyata keçirdiyi soyqırımlara və ya bu gün Sakit okeanda, Hind okeanında və Karib dənizində yerləşən 11 ada dövlətində və Cənubi Amerikada yaşayan 3 milyona yaxın insanın şəxsiyyət vəsiqəsində milliyyətlərinin məcburi şəkildə “fransız” yazılması faktlarına diqqət yetirsin.
Fransa senatorları özləri üçün aydınlaşdırmalıdırlar ki, 1992-1994-cü illərdə Azərbaycana qarşı Ermənistan tərəfindən aparılan işğalçılıq müharibəsində qaçqın və köçkün vəziyyətə düşmüş 700 mindən çox insanın taleyi, dinc əhaliyə qarşı törədilən qətliamlar və XX əsrin dəhşətli faciəsi – Xocalı soyqırımı barədə 30 ilə yaxındır ki, nə üçün susurlar.
Fransız elitası Qarabağda “erməni dini və tarixi abidələri”nin qorunmasının vacibliyini vurğulayarkən, 30 ilə yaxın bir dövrdə işğal altında olan Azərbaycanın tarixi abidələrini dağıdan, məscidləri mal-qara tövləsinə çevirən erməni vandallığından bir kəlmə də danışmır. Bu yaxınlarda ölkəmizdə səfərdə olan Fransa nümayəndə heyətinin üzvləri də gördülər ki, bədnam qonşularımızdan fərqli olaraq Bakıda, içərisində minlərlə qədim erməni dini kitabları olan, erməni kilsəsi Azərbaycan dövləti tərəfindən qorunur.
AHİK hesab edir ki, son dövrlərdə Fransa Respublikasının prezidenti və digər məsul şəxslərin səsləndirdikləri bəyanatlar və senat tərəfindən qəbul edilən qətnamə bu ölkənin vasitəçilik missiyasına kölgə salır.
Həmçinin Fransa Senatında qəbul edilmiş bədnam qətnamədən fərqli olaraq 2020-ci ilin noyabrın 10-da Azərbaycan Respublikasının, Rusiya Federasiyasının prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoymuş, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yol açmışdır. Bu bəyanat uzun müddət ərzində əmək və sosial hüquqları pozulmuş insanların hüquqlarının bərpa edilməsinə şərait yaradır.
Biz, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi bəyan edirik ki, Fransa Senatının Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi qətnamədə irəli sürülən tövsiyələr Fransa Respublikasının Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupundakı həmsədrlik vəzifəsi ilə uzlaşmadığı üçün onun həmsədrlikdən kənarlaşdırılması məsələsi ATƏT qarşısında qaldırılmalı və Fransa ilə Azərbaycan arasında mövcud olan siyasi və mədəni, iqtisadi əlaqələrə yenidən baxılmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30

