Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Google” yeni AI funksiyasını cəmi bir gün sonra ləğv etdi

“Google” yeni AI funksiyasını cəmi bir gün sonra ləğv etdi

03.08.2026 [19:17]

“Google” təqdim etdiyi yeni süni intellekt funksiyasını istifadəyə verildikdən cəmi bir gün sonra deaktiv edib.

Lent.az xəbər verir ki, yeni alət istifadəçilərə “Google Earth” üzərində seçilən ərazilər üçün süni intellekt vasitəsilə fotorealistik görüntülər yaratmağa imkan verirdi.

Lakin qısa müddətdə bəzi istifadəçilər funksiyadan saxta peyk görüntüləri hazırlamaq, mövcud olmayan obyektləri və hadisələri real kimi göstərmək üçün istifadə etməyə başlayıblar.

Mütəxəssislər bunun dezinformasiyanın yayılmasına səbəb ola biləcəyini bildirdikdən sonra “Google” funksiyanı geri çəkib.

Şirkət bildirib ki, alət təhlükəsizlik və məzmun siyasətinə uyğun şəkildə yenidən işlənəcək.

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31