Evdə müalicə alan xəstələrin izolyasiya qaydalarına əməl etməsi vacibdir
27.11.2020 [08:49]
Son günlər dünyada yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxanların sayının artımı heç də ürəkaçan deyil. Bu səbəbdən bir çox ölkələrdə yenidən sərt karantin qaydaları tətbiq edilir, müvafiq məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19 xəstəliyinə yoluxma halları davam etməkdədir. Verilən məlumata görə, son bir həftə ərzində ümumi yoluxma sayı 17 mindən çoxdur. Təəssüf ki, koronavirus səbəbindən son həftədə 164 nəfər həyatını itirib.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib ki, hazırda 30 mindən çox aktiv xəstə var: “Xəstələrin böyük bir qismi evdə müalicə olunur. Onların izolyasiya qaydalarına əməl etməsi vacibdir. Həmin şəxslər yaşadıqları yeri tərk edə bilməzlər. Yoluxanların ailə üzvləri bir neçə gündən sonra potensial koronavirus xəstəsi hesab olunurlar”.
N.Mustafayeva dünyada koronavirusa qarşı peyvəndlərlə bağlı tədqiqatların davam etdiyini də deyib: “Ümidverici 11 şirkətin açıqlamaları var ki, onlar hazırda peyvənd sınaqlarının üçüncü mərhələsindədirlər. Peyvəndlər öz təsdiqini taparsa, onların istehsalına gələn ilin əvvəllərində başlanılacaq, ilin axırlarına doğru isə ölkələrə paylanılacaq”.
Onun sözlərinə görə, hazırda Azərbaycana gətirilən peyvəndlər isə qrip əleyhinə vaksinlərdir: “Hazırda soyuq fəsildəyik, mövsümi qriplərin baş qaldırdığı dövrdə yaşayırıq. Bu dövrdə əlavə ağırlaşmaların olmaması, koronavirusla bərabər qripə yoluxmanın qarşısının alınması, səhiyyənin yükünün azaldılması məqsədilə həmin vaksinlər ölkəyə gətirilib. Hər kəs öz sahə poliklinikasına müraciət edərək, xüsusilə də yaş faktoru, xroniki xəstəliklər nəzərə alınmaqla risk qrupunda olanlar həmin peyvənddən yararlana bilərlər”.
“Onu da deyim ki, bir tibbi maskadan dəfələrlə istifadə etmək, onu çantada, cibdə gəzdirmək və yenidən istifadə etmək yoluxma riskini artırır. Belə ki, bu zaman maskanın xarici səthinə əlimizi vururuq, əlimizi üzümüzə, hansısa səthlərə toxundururuq. Nəticədə həm özümüz yoluxa bilərik, həm də toxunduğumuz səthlərə kimsə əli ilə təmas etdikdə yoluxa bilər. Tibbi maskadan mütləq şəkildə düzgün istifadə eləmək lazımdır. Tibbi maskadan istifadə ilə yanaşı, gigiyena qaydalarına da əməl olunmalıdır. Asqırarkən, öskürərkən ağzımızı dirsək bükümü ilə örtməliyik və ya birdəfəlik salfetlərdən istifadə etməliyik ki, virusu yaymayaq. Bunlar hamısı qoruyucu tədbirlərdir. Qeyd edim ki, şəxsi gigiyenaya əməl etmək bir sıra infeksiyalardan qorunmaqda mühüm rol oynayır”, - deyə mütəxəssis sonda əlavə edib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

