Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şanlı Qələbənin sevinci: Naxçıvan Müzəffər Ali Baş Komandanı və qüdrətli ordumuzu alqışlayır

Şanlı Qələbənin sevinci: Naxçıvan Müzəffər Ali Baş Komandanı və qüdrətli ordumuzu alqışlayır

11.11.2020 [09:38]

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciət edərək Şanlı Qələbəmizin müjdəsini verdiyi andan etibarən Naxçıvan Muxtar Respublikasının bütün rayon və şəhərlərində böyük coşqu yaşanıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinin sakinləri gecə saatlarından başlayaraq Qələbəni qeyd edirlər. Bu dəqiqələrdə də şəhərin hər tərəfindən “Yaşasın Müzəffər Ali Baş Komandan!”, “Yaşasın qəhrəman Azərbaycan Ordusu”, “Qarabağ Azərbaycandır!”, “Qələbə bizimdir!”, “Bir millət, iki dövlət!” sədaları eşidilir. Çoxsaylı insan kütləsi şəhərin mərkəzi prospektlərində arxa-arxaya düzülmüş maşınların müşayiəti ilə yürüş keçirir. Əllərində Müzəffər Ali Baş Komandanın portreti, Azərbaycan və Türkiyə bayraqları tutan gənclər ordumuzla, dövlətimizlə qürur duyduqlarını bildirirlər.
Naxçıvanda Böyük Qələbəmizin sevincini əks etdirən görüntüləri təqdim edirik.

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31