/ / İmarət nənə: Nəinki biz, o yerləri görməyən nəvələrimiz də Papıya qayıtmağı səbirsizliklə gözləyirlər
İmarət nənə: Nəinki biz, o yerləri görməyən nəvələrimiz də Papıya qayıtmağı səbirsizliklə gözləyirlər
03.11.2020 [09:15]
Bir çox yaşayış məntəqələrimiz kimi, Cəbrayılın düşmən tapdağından azad edilən Papı kəndinin sakinlərinin də Vətən həsrətinə son qoyulur. İndi böyükdən-kiçiyə hər bir papılı öz doğma kəndinə qayıtmağı gözləyir.
AZƏRTAC xəbər verir ki, şanlı ordumuzun zəfər yürüşü zamanı Papının da azad olunması bu kəndin sakinlərinin hədsiz sevincinə səbəb olub. Uzun illərdir Biləsuvardakı qəsəbədə məskunlaşan Papı sakinləri bir an öncə doğma kəndlərinə qayıtmağı səbirsizliklə gözləyirlər.
Papı kənd sakini İmarət Şərifovanın ailəsinin qonağı olduq, sevinc hisslərini bölüşdük. İmarət nənə bildirib ki, yurdlarından didərgin düşsələr də, dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunublar: “Lakin 27 ildir ki, Vətən həsrəti ilə yaşayırdıq. Kəndimizin azad olunması sevinci bu illər ərzində çəkdiyimiz iztirabı bir anda sildi. Bizim cavanlığımız, gəncliyimiz Papıda keçib. Balaca kənd olmasına baxmayaraq, çox gözəl təbiətə malikdir. Müzəffər Ali Baş Komandanımıza və şanlı ordumuza təşəkkür edirik ki, bizə bu sevinci yaşatdılar. Nəinki biz, hətta o yerləri görməyən nəvələrimiz, yeniyetmələrimiz də öz ata-baba yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər”.
İmarət nənənin nəvələri də tezliklə Papıya yola düşməyi arzulayır, öz kəndlərində yaşamaq, oxumaq istəyirlər. Biləsuvarda anadan olan və doğma kəndləri haqqında ancaq nənəsindən, valideynlərindən eşidən Aysurə Həsənovanın da bir istəyi var. Qısa müddətdə doğma kəndə qayıtmaq. “Biz hətta işğaldan azad edilən Cocuq Mərcanlıya gedəndə kəndimizə yaxınlaşdığımız üçün sevinirdik. Lakin o torpaqları görə bilmədiyimizə görə, bu sevincimizi tam yaşayanmırdıq. Atam hər zaman kəndimiz haqqında danışanda, həsrətlə o yerləri düşünürdüm. İndi isə bu həsrət bitib, doğma kəndimizə gedəcəyəm, o yerlərin havasını udub, doyunca saf suyundan içəcəyəm”, - deyə Aysurə bildirib.
Nənənin digər nəvəsi Nihat Həsənovun da Papı ilə bağlı arzuları var: “Mən kəndimizi hər zaman atamın danışıqları ilə təsəvvürümdə canlandırmışam. İstəyirik ki, təhsilimizi doğma kəndimizdə davam etdirək. İnşallah, Cəbrayılda universitet də inşa olunar, böyüyəndə ali təhsilimi də orada alaram”.
Qeyd edək ki, Cəbrayıl rayonunun Papı kəndi şanlı ordumuzun əks-hücumu nəticəsində oktyabrın 21-də yağı düşməndən azad olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35

