Ayaz Mirzəyev: Bu gün ölkəmizdə möhtəşəm həmrəylik mövcuddur
16.10.2020 [08:53]
“İşğalçı Ermənistan Azərbaycan Ordusu qarşısında acizdir. Ona görə də, erməni hərbi birləşmələri yaşayış məntəqələrimizi, mülki insanları hədəfə alırlar. Bu baxımdan, Gəncəyə edilən raket hücumu isə miqyasına görə beynəlxalq cinayətdir”. Bu fikirləri “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev deyib.
A.Mirzəyev qeyd edib ki, Azərbaycan Ordusu hazırda ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlarını davam etdirir. Biz öz tarixi torpaqlarımız uğrunda mübarizə aparırıq. Ermənistanın humanitar atəşkəsi pozması isə onu göstərir ki, işğalçı ölkə həmişəki kimi qeyri-konstruktivdir.
İctimai Birliyin sədri bildirib ki, bu, əslində, hər bir azərbaycanlı üçün Vətən müharibəsidir. Ona görə də, Azərbaycanda insanlar arasında yüksək hərbi vətənpərvərlik əhval-ruhiyyəsi hökm sürür. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları olaraq hər birimiz vahid mövqedən çıxış edirik: “Prezident İlham Əliyev həm xalqa müraciətində, həm də xarici televiziya kanallarına müsahibəsində real vəziyyəti dolğun şəkildə cəmiyyətimizə çatdırır, eyni zamanda, düşmənə öz mesajını verir. Erməni tərəfi bu mesajlardan nəticə çıxarmalıdır. Cənab Prezident bildirib ki, heç kim Azərbaycana şərt irəli sürə bilməz. Şərti Azərbaycan irəli sürür. Ümumiyyətlə, erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarında mövcudluğu üçün heç bir əsas yoxdur. Onlar bizim tarixi torpaqlarımızı tərk etməlidir. Bu, onların xeyrinə olar. Çünki vaxt keçdikcə daha çox itkilərə məruz qalırlar. Ordumuz tərəfindən düşmən ciddi şəkildə geri oturdulur. Bütün bunlar tariximizdə yeni şanlı səhifənin açılması deməkdir”.
Erməni hərbi birləşmələrinin mülki vətəndaşları hədəfə aldığını deyən QHT rəhbəri qeyd edib ki, bu, beynəlxalq qanunlara, xüsusilə Cenevrə konvensiyasına ziddir: “Görünən odur ki, işğalçı rejimin rəhbərliyi ilə danışıqlar aparmaq, dialoq qurmaq mümkün deyil. Çünki onların hərəkətləri bütün beynəlxalq qanunların pozulması deməkdir. Dinc insanların, bir sıra şəhər və rayonlarımızın Ermənistan ərazisindən hədəfə alınması qarşı tərəfin çirkin planıdır. Bununla da, Azərbaycanı təxribata çəkmək istəyirlər. Ermənistan üçüncü dövlətlərin münaqişəyə cəlb olunmasına çalışır. Bu, təxribatdır. Belə hərəkəti öz gücünə arxalanmayan ölkələr edə bilər ki, bunu da Ermənistan edir. Ermənilərin nə etməsindən asılı olmayaraq, vəziyyət Azərbaycan Ordusunun nəzarətindədir. Prezident İlham Əliyevin dediyi kimi, məqsədimiz ərazilərimizi işğaldan azad etməkdir. Çünki danışıqların davam etdiyi 30 il ərzində heç bir nəticə görməmişik. İndiyə qədər işğal olunmuş ərazilərimizdə qeyri-qanuni addımlar atılır, qanunsuz məskunlaşdırma siyasəti həyata keçirilir və s. Bu gün yaranmış vəziyyətə görə məsuliyyət nə qədər Ermənistanın üzərinə düşürsə, bir o qədər də ATƏT-in Minsk qrupu həmsədrlərinin üzərinə düşür. Onların fəaliyyətsizliyi vəziyyəti bu həddə çatdırıb”.
Bu gün ölkəmizdə möhtəşəm həmrəyliyin mövcud olduğunu deyən A.Mirzəyevin sözlərinə görə, hər bir vətəndaşın arzusu işğal altında olan torpaqlarımızın tezliklə azad edilməsidir: “Bu yolda Azərbaycan Ordusu şanlı yürüşünü davam etdirəcək. Ən son nəticə odur ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, qəhrəman əsgərlərimiz Ali Baş Komandanın əmri ilə bu vəzifənin öhdəsindən gələcəklər. Ötən müddət ərzində cəbhədə əldə olunan qələbələr bunu deməyə tam əsas verir”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35

