Baş prokuror prokurorluqda ictimai əsaslarla çalışan könüllülərlə görüşüb
25.09.2020 [08:45]
Sentyabrın 24-də prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən prokurorluğun ictimai köməkçiləri ilə görüş keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan Baş prokuror Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atıldığını qeyd edib, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradıldığını vurğulayıb.
Prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyətin prokurorluqda kadr siyasətinin həyata keçirilməsi üçün ictimaiyyətlə qarşılıqlı əlaqələrin qurulması, yüksək peşə hazırlıqlı kadr ehtiyatının formalaşdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərə bu dövlət orqanının fəaliyyətinin məzmunu və iş şəraiti ilə tanışlıq imkanının yaradılması, onların bilik, bacarıq və peşə vərdişlərinin artırılması məqsədi daşıdığını deyən Baş prokuror ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasətinin prokurorluq orqanlarında da davam etdirilməklə gənc kadrların müsabiqə yolu ilə işə qəbulu nəticəsində prokurorluğun kadr tərkibinin 70 faizinin məhz gənclərin hesabına formalaşdırıldığını nəzərə çatdırıb.
Daha sonra görüş zamanı Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Natiq Hüseynov prokurorluq orqanlarında dövlət gənclər siyasətinə uyğun olaraq həyata keçirilmiş islahatlar, könüllülər üçün yaradılan geniş imkanlar, könüllülük hərəkatının daha da inkişaf etdirilməsi məqsədilə görülən işlər barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən gənclər ictimai köməkçi qismində fəaliyyət göstərdikləri müddətdə prokurorluğun fəaliyyət istiqamətləri ilə görülmüş işlərlə yaxından tanış olaraq, yeni bilik və bacarıqlar qazandıqlarını, öyrəndikləri nəzəri biliklərin praktiki işdə həyata keçirmək imkanı əldə etdiklərini deyiblər. Prokurorluq orqanlarında kargüzarlığın aparılması qaydalarının, o cümlədən xidməti və prosessual sənədlərin layihəsinin tərtibinə dair təlimatların dərindən öyrənməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayan gənclər uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərdiyini bildiriblər.
Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluqda ictimai əsaslarla çalışan könüllü gənclərə dövlətə və dövlətçiliyə sadiqliyin, vətənpərvərliyin vacibliyini vurğulayaraq onlara dünyagörüşü səviyyələrinin, o cümlədən xarici dil biliklərinin inkişaf etdirilməsi ilə bağlı daim üzərlərində çalışmalarının əhəmiyyətindən söz açmış, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edərək, uğurlu iş həyatının formalaşdırılması ilə bağlı tövsiyələrini verib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19

