Azərbaycanda korrupsiyaya qarşı mübarizə gücləndirilir
17.09.2020 [09:47]
Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər ardıcıl, sistemli və hərtərəfli xarakter daşıyır
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın dinamik inkişafını təmin edən mühüm strateji amillərdən biri də məhz bütün sahələri əhatə edən islahatların ardıcıl olaraq davam etdirilməsidir. Belə ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin islahatlar kursu ölkəmizin sosial, iqtisadi, siyasi, ictimai, mədəni həyatını əhatə edir, şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirilməsini, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur. Eyni zamanda, ölkəmizdə korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların aradan qaldırılması islahatlar kursu çərçivəsində əsas hədəflərdən biridir.
Ümumiyyətlə, əksər ekspertlərin də vurğuladıqları kimi, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Bu istiqamətdə müvafiq proqramlar, qanunvericilik aktları qəbul olunub, bəhs olunan sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Həmçinin, dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin olunması istiqamətində addımlar atılması da bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Təbii ki, ciddi qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması, həmçinin ictimai nəzarət mexanizmlərinin formalaşdırılması və bu sahədə vətəndaş cəmiyyəti institutlarının fəallığının təşviq edilməsi də ayrıca qeyd edilməlidir.
Bu istiqamətdə vaxtaşırı olaraq qərarların qəbul edilməsi, həmçinin verilən müvafiq tapşırıqlara uyğun olaraq davamlı addımların atılması öz növbəsində onu deməyə əsas verir ki, ölkəmizdə bundan sonra da korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə qətiyyətlə davam etdiriləcək. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclasında da bu məsələlər diqqət mərkəzində olub. Komissiyanın sədri Samir Nuriyev qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Vurğulanıb ki, bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların səbəblərinin müəyyən edilməsinə və bu kimi mənfi halların qarşısının alınması üçün səmərəli mexanizmlərin yaradılmasına yönəldilməlidir.
Nəticə etibarilə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə gücləndirilir. Bu isə, şübhəsiz ki, vətəndaş məmnunluğunun yüksəlməsinə xidmət etməklə yanaşı, dövlətimizin milli gücünün artması baxımından da strateji əhəmiyyətli faktor kimi mühüm önəm daşıyır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

