Səbuhi Hüseynov: Nəticə istədiyim kimi oldu və bundan sonra da böyük hədəflərim var
10.09.2020 [08:57]
Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə 20-21 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Xatırladaq ki, 700 bal toplamasalar da, iki imtahanın nəticəsinə görə yüksək bal toplayıb xüsusi fərqlənən bir neçə abituriyent də var. Onlardan biri də 311 nömrəli tam orta məktəbin məzunu Hüseynov Səbuhi Ramiq oğludur. Səbuhi imtahanda 400, ümumilikdə isə 691.2 bal toplayıb.
Həmsöhbətimiz imtahan təəssüratlarını oxucularımızla bölüşüb: “Maksimum nəticəni əldə edə bilməməyimin səbəbi buraxılış imtahanında etdiyim səhv idi. Ümumilikdə, nəticə istədiyim kimi oldu və bundan sonra da böyük hədəflərim var. Seçimimi isə Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi fakültəsindən yana edəcəyəm”.
Səbuhi deyir ki, hazırlıq mərhələsinin pandemiya dövrünə təsadüf etməsi hamı kimi ona da psixoloji olaraq təsir edib, lakin bunun öhdəsindən layiqincə gələ bilib: “Mənə olan inamı nəzərə alıb pandemiya dövründə ikiqat dərslərimə kökləndim. Səhər saat 6:00-dan gecə yorğun düşənə qədər oxudum. Əsas məsələ qarşına qoyduğun məqsəddən asılıdır. Heç bir nüans sənin məqsədinə çatmağına mane olmamalıdır. İmtahan zamanı heç bir stress yaşamadım. Tam motivasiya olmuşdum. Nəticələr elan olunduqdan sonra valideynlərimə saysız-hesabsız təbriklər gəldi. Bu sevinci onlara yaşatdığım üçün fərəh hissi keçirirəm”.
“İmtahanlarda yüksək nəticələr qazanmaq istəyən abituriyentlərə müntəzəm çalışmağı məsləhət görürəm. Müəllimlərin tapşırıqlarını dəqiq yerinə yetirmək, yüksək bal toplamağa can atmaq lazımdır. Ən əsası isə, məktəb illərində yaxşı oxuyaraq təməli möhkəm qoymaq lazımdır ki, sonrakı hazırlıq dövrü daha asan olsun. Magistratura pilləsini isə xarici ölkələrin birində davam etdirməyi düşünürəm”, - deyə abituriyent söyləyib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxHadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35

