Murad Mustafazadə: Özümə söz vermişdim ki, imtahanda yüksək nəticə əldə edəcəyəm
09.09.2020 [08:45]
Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həm II və III ixtisas qrupları üzrə 13-14 avqust tarixlərində, həm də I və IV ixtisas qrupları üzrə 20-21 avqust tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb. Beləliklə, ənənəyə sadiq qalaraq, bu il də yüksək bal toplayan abituriyentləri oxucularımızla tanış edirik. Və artıq oxucularımıza bu il I ixtisas qrupu üzrə maksimum - 700 bal toplayan Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev, həmçinin, III ixtisas qrupu üzrə maksimum bal toplayan Bakı şəhəri, Binəqədi rayonu 276 nömrəli tam orta məktəbin məzunu Əziz Kərimli haqqında məlumat vermişik.
Onu da vurğulamaq yerinə düşər ki, builki imtahanlarda 700 bal toplamasalar da, iki imtahanın nəticəsinə görə maksimal bal toplayıb xüsusi fərqlənən bir neçə abituriyent də var. Onlardan biri də qəbul imtahanında 688.400 toplayan II ixtisas qrupu üzrə respublika birincisi Murad Mustafazadədir. Murad Sumqayıt şəhəri, Təbiət Elmləri Təmayüllü Gimnaziyadan məzun olub. İmtahanın I mərhələsində 394.3 bal toplayan istedadlı məzun hər iki mərhələnin cəminə görə maksimal olan 688.4 bal toplayıb və bu, II ixtisas qrupu üzrə bu ilki imtahanlarda ən yüksək baldır.
Həmçinin Fənn Olimpiadalarının Respublika turunda Coğrafiya üzrə III yeri tutan abituriyent qəzetimizə açıqlamasında bildirib ki, əslində, pandemiya şəraitində imtahanlara hazırlaşmaq o qədər də asan olmayıb: “Məlum olduğu kimi, pandemiya şəraiti təhsil sistemində müəyyən problemlər yaratdı. Müəllimlərlə üz-üzə görüşmə imkanı olmadığı üçün bütün hazırlıqlar onlayn qaydada aparıldı. Buna baxmayaraq, əlavə zaman qazanmış olduq. Öz üzərimizdə daha çox məşğul olmaq və dəfələrlə təkrar etmək fürsəti əldə etdik”.
Diqqətsizlik üzündən etdiyi səhv nəticəsində 700 bal toplamaq şansını itirən həmsöhbətimiz deyir ki, nəticə yenə də onun istədiyi kimi olub: “Buraxılış imtahanında diqqətsizlikdən yaranan səhvimə görə özümə söz vermişdim ki, ikinci mərhələdə yüksək nəticə əldə edəcəyəm. Onu da deyim ki, universitet hazırlığına başlayandan valideynlərim mənə dəstək oldular. Bu uğurda onların payı danılmazdır. Həmçinin məktəb və məşğələ müəllimlərimə də təşəkkür edirəm. Universitet seçimim isə UNEC olacaq. Bu universitetdə Maliyyə ixtisasına daxil olmağı düşünürəm”.
Murad Mustafazadənin həmçinin beynəlxalq dərəcəli sertifikatları var. Eləcə də o Türkiyə burslarına müraciət edib. Birinci mərhələni uğurla keçən Murad ikinci mərhələnin cavabını gözlədiyini deyir.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

