/ / Beynəlxalq Sosial Təminat Assosiasiyası Azərbaycanda sosial sahədə aparılan islahatları, əldə olunan uğurlu nəticələri yüksək dəyərləndirir
Beynəlxalq Sosial Təminat Assosiasiyası Azərbaycanda sosial sahədə aparılan islahatları, əldə olunan uğurlu nəticələri yüksək dəyərləndirir
05.09.2020 [08:33]
Son illərdə özünüməşğulluq proqramı çərçivəsində 4 min nəfər əlilliyi olan şəxs öz ailə təsərrüfatını yaradıb. Bu sahədə, həmçinin əlilliyi olan şəxslərin əmək bazarına və kiçik biznesə çıxış imkanlarının artırılması, onlar üçün xüsusiləşdirilmiş peşəyönümü testləri, müasir modul təlim proqramları və peşə standartlarının hazırlanması məqsədilə işlər davam etdirilir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) prezidenti Yoakim Bröyer ilə videoformatda görüşündə bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanda aparılan siyasətin əsas xəttinin vətəndaş rifahının təminatı olduğunu vurğulayan nazir Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurlarını qeyd edib. O, əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan son islahatları, e-texnologiyaların bu sahədə geniş tətbiqi işlərini diqqətə çatdırıb. DOST layihəsi, sosial ödənişlərdə artım dinamikası, pandemiya dövründə reallaşdırılan iqtisadi-sosial dəstək tədbirləri barədə məlumat verib. Bu tədbirlər sırasında sosial təminat növləri üzrə ödənişlərin davamlılığının da təmin edildiyini bildirib.
S.Babayev pandemiya dövründə sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi sahəsində görülən işləri də qeyd edib. Əlilliyi olan şəxslərin peşə əmək reabilitasiyası məqsədilə görülən tədbirləri diqqətə çatdırıb. Nazir ötən dövrdə BSTA ilə müsbət əməkdaşlıq təcrübəsindən danışaraq gələcəkdə həmin təcrübənin uğurla davam edəcəyinə əminlik ifadə edib.
Y.Bröyer BSTA-nın Azərbaycanda sosial sahədə aparılan islahatları, əldə olunan uğurlu nəticələri yüksək dəyərləndirdiyini bildirib. O, pandemiya dövründə sosial təminatın əhalinin rifahında əhəmiyyətinin daha aydın şəkildə özünü göstərdiyini deyib. Ölkəmizdə də bu sahəyə xüsusi diqqət göstərilməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Y.Bröyer, həmçinin ölkəmizin islahatlar prosesində BSTA ilə mütəmadi əməkdaşlığını yüksək qiymətləndirib.
Görüşdə ötən ilin mayında BSTA-nın Avropa Regional Forumunun Bakıda yüksək səviyyədə keçirilməsindən razılıq ifadə olunub. Həmçinin Azərbaycanın dörd layihəsinin (özünüməşğulluq proqramı, ünvanlı sosial yardım və əlillik təyinatı üzrə e-sistemlər, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması tədbirləri) BSTA-nın xüsusi mükafat və təltiflərə layiq görülməsindən bəhs olunub. Həmin layihələr üzrə davam edən işlər qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

