/ / “Heydər Əliyev siyasi məktəbini öyrənirik-2020” Gənc Liderlər Proqramının iştirakçıları ilə onlayn görüş keçirilib
“Heydər Əliyev siyasi məktəbini öyrənirik-2020” Gənc Liderlər Proqramının iştirakçıları ilə onlayn görüş keçirilib
26.08.2020 [09:03]
Pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan yeni növ koronavirusla (COVID-19) bağlı çoxistiqamətli dəstək tədbirləri ilə bərabər, sosial proqramlarını hətta rekord həddə genişləndirdi. Xüsusilə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sosial sahədə elektron texnologiyalar üzərində yaradılan innovativ yeniliklərin, proaktiv xidmətlərin bu dövrdə mühüm əhəmiyyətinin şahidi olduq. Bu isə dövlət sosial xidmətlərində innovativ həllərin daha geniş tətbiqini qarşıdakı dövr üçün əsas prioritet kimi müəyyən etməyə əsas verir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin 2019-cu ildən həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə onlayn görüşü zamanı vurğulayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycanın sosial siyasəti” mövzusuna həsr olunan görüşdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramına 350-dən artıq gəncin iştirak üçün müraciət etdiyini və nəticədə 30-a yaxın rayondan 115 gəncin iştirakçı kimi seçildiyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən sosial sahədə genişmiqyaslı islahatların aparıldığını, pandemiya dövründə həssas əhali qruplarının, aztəminatlı ailələrin dəstəklə əhatə olunduqlarını, DOST layihəsini və s. xüsusi olaraq vurğulayıb.
S.Babayev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi sosial inkişaf kursunun uğurlarından, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf yoluna çıxarılması kimi şərəfli tarixi vəzifəni yüksək səviyyədə yerinə yetirən Ulu Öndərin, eyni zamanda, Azərbaycanda güclü sosial siyasətin, sosial sahədə genişmiqyaslı islahatların əsaslarının formalaşması naminə misilsiz tarixi xidmətlərindən bəhs edib.
Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının uğurlarını qeyd edən nazir ölkəmizdə aparılan siyasətin ana xəttinin vətəndaş rifahının təminatı olduğunu vurğulayıb. O, ötən il 4,2 milyon insanın rifahına dəstək olan inqilabi sosial paketlər, sosial ödənişlərin əhəmiyyətli dərəcədə, bir sıra istiqamətlərdə iki dəfə artırıldığı, bu il təqribən 5 milyon nəfəri əhatə edən sosial dəstək tədbirləri barədə məlumat verərək bildirib ki, təkcə bu ilin 7 ayında 2 milyon 571 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım olaraq 3 milyard 349 milyon manat vəsait ödənilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 26,76 faiz və ya 707 milyon manat çoxdur. Pandemiya dövründə daha bir sosial dəstək olan birdəfəlik ödəmə proqramı kimi işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə ümumilikdə 333 milyon manat ödənilib.
S.Babayev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsindən bəhs edib. Əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya və s. istiqamətlərdə 132 növdə xidmətin innovativ həllərin tətbiqi üzərində “bir pəncərə”dən, şəffaf və operativ şəkildə təqdim edildiyi DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi işlərini diqqətə çatdırıb. Nazirliyin “e-sosial” portalı, “Məşğulluq” altsistemi, əhaliyə xidmətlərin e-infrastrukturunun qurulması, 2019-cu ildə 21 sosial təminat növünün təyinatının elektronlaşdırıldığı, 13 növ e-arayış xidməti yaradılmaqla bu xidmətlərin sayının 15-ə çatdırıldığı barədə məlumat verib. Yeni proaktiv xidmətlərin yaradılması üçün aparılan işləri, nazirlik üzrə 132 xidmətdən 90-nın tam elektronlaşdırılacağını, “Əmək münasibətləri və məşğulluq” altsistemi hazırlandığını və s. diqqətə çatdırıb.
O, əmək bazarı ilə bağlı aparılan islahatları, aktiv məşğulluq tədbirlərini, qeyri-formal məşğulluğun qarşısının alınması üçün görülən kompleks işləri, onların müsbət nəticələrini, əməkhaqqı fondundakı artımı qeyd edib. Reabilitasiya və sosial xidmət, peşə hazırlığı infrastrukturunun yenilənməsi və bölgələr üzrə genişləndirilməsi üçün atılan addımlardan bəhs edib.
S.Babayev gəncləri maraqlandıran sualları da cavablandırıb.
Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə 2019-cu ildən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının icrasına start verib. Proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.
Bu il üçün elan olunmuş proqrama 40-dan artıq rayon və şəhərdən 350-dən çox gənc müraciət edib. Hər bir iddiaçının anketi diqqətlə öyrənilib və ilkin seçimdən sonra 171 gənclə onlayn formada müsahibə aparılıb və nəticədə 115 gənc iştirakçı kimi seçilib. Proqramı uğurla başa vuranlara proqramın diplomu və döş nişanı təqdim ediləcək.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

