Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Rusiyada təhsil alan azərbaycanlı tələbələr “AMOR təqaüdü”nü qazanıblar

Rusiyada təhsil alan azərbaycanlı tələbələr “AMOR təqaüdü”nü qazanıblar

20.08.2020 [08:52]

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “AMOR təqaüdü” müsabiqəsində 18 azərbaycanlı tələbə qalib gəlib.
AZƏRTAC xəbər verir ki, müsabiqə çərçivəsində Rusiya Federasiyasında təhsil alan əlaçı tələbələrə maliyyə yardımı göstəriləcək. Layihə təhsildə fərqlənən gənclərə tam dəstəyin göstərilməsi və gənclərin təhsilə olan marağının stimullaşdırılması məqsədilə həyata keçirilir. Cari ildə koronavirus pandemiyası ilə əlaqədar olaraq müsabiqənin miqyası genişləndirilib və 18 tələbə təqaüd qazanıb. 2019-cu ildə keçirilən müsabiqədə isə 13 tələbə təqaüdə layiq görülmuşdü.
Müsabiqədə iştirak üçün sənəd qəbulu təşkilatın veb-saytı və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə elan olunub. Bütün müraciətlərə RAGB komandası tərəfindən müsabiqənin tələblərinə uyğun şəkildə baxılıb, müvafiq ixtisaslar üzrə məzunların və Rusiya Federasiyasının gənclər sahəsində qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə müsahibələr keçirilərək qaliblər müəyyən edilib.
Müsabiqədə Rusiya Federasiyasının ali təhsil müəssisələrində əyani formada bakalavr və ya magistr təhsili alan əlaçı azərbaycanlı tələbələr iştirak ediblər.
Xatırladaq ki, RAGB Rusiya Federasiyasında yaşayan azərbaycanlı gənclərin həmrəyliyi və onlara sosial, yaradıcılıq və təhsil sahəsində dəstəyin göstərilməsi məqsədilə 2009-cu ildə Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb.

Paylaş:
Baxılıb: 1399 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31