Penitensiar müəssisələrdə epidemioloji cəhətdən gərgin mühit yoxdur
08.08.2020 [00:53]
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə yeni növ koronavirus (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı tövsiyə və tapşırıqları bütün dövlət qurumları kimi, Ədliyyə Nazirliyi tərəfindən də daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə genişmiqyaslı tədbirlər fasiləsiz həyata keçirilir.
Fəaliyyətində hər zaman şəffaflığa, ictimaiyyətlə əlaqələrə xüsusi önəm verən Ədliyyə Nazirliyi vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də nazirliyin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə edilir. Dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi “Facebook” səhifəsində davamlı olaraq ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də məhz əhalinin hüquqi maarifləndirilməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi, avqustun 8-də “Ədliyyə fəaliyyəti: ictimai müzakirə” mövzusunda onlayn qaydada ictimai müzakirə təşkil olunub.
İctimai müzakirədə iştirak edən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov və Tibb Baş İdarəsinin Müalicə işinin təşkil idarəsinin rəisi Füzuli Hüseynov Ədliyyə Nazirliyində tibb xidmətinin təşkili işi barədə məlumat veriblər.
Bildirilib ki, pandemiya dövründə Ədliyyə Nazirliyinin bütün struktur qurumları kimi, Tibb Baş İdarəsi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. İdarə fəaliyyətini koronavirusla mübarizəyə səfərbər edib, eyni zamanda, Operativ Qərargahın qərarlarının, eləcə də Ədliyyə Nazirliyi üzrə verilmiş göstəriş, əmr və sərəncamların icrasına yönəldib.
Qeyd edilib ki, ölkə ərazisinə daxil olan şəxslərdə yeni növ koronavirus infeksiyası aşkarlandığı andan Ədliyyə Nazirliyi tərəfindən genişmiqyaslı tədbirlər planı təsdiqlənib. Bu plan çərçivəsində bütün tabe qurumlarda profilaktik işlərə başlanılıb. Demək olar ki, bütün müəssisələr üzrə sanitar nəzarət postları qurulub. Bu postlar fərdi mühafizə vasitələri, termometrlər, dezinfeksiyaedici avadanlıq və digər vasitələrlə təchiz edilib. Hər bir qurumda infeksiyaya nəzarət üçün lazımi şərait yaradılıb və işlər bu gün də davam etdirilir. Penitensiar müəssislərə daxil olan bütün nəqliyyat vasitələrinin, ərazinin dezinfeksiyasına başlanılıb. Eyni zamanda, əməkdaşlar, məhkumlar arasında tibbi maska gəzdirməyin, fiziki məsafənin saxlanılmasının əhəmiyyəti, əllərin yuyulması və digər təlimatlar üzrə bütün göstərişlər çatdırılıb.
Xüsusi vurğulanıb ki, bu istiqamətdə işin ən yüksək səviyyədə təşkilini daim ciddi nəzarətdə saxlayan Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən maarifləndirmə işinin önəmi diqqətə alınmaqla, hələ ilk vaxtlardan etibarən əməkdaşların bu infeksiya ilə mübarizə istiqamətində məlumatlandırılması, onlara lazımi biliklərin aşılanması ilə bağlı tabe qurumlara müvafiq göstərişlər verilib. Məhz bu istiqamətdə atılan ilk addımlardan biri kimi, yoluxma faktı aşkarlanacağı təqdirdə həmin şəxslərin dərhal müalicəsinin təmin edilməsi, təmaslara nəzarət olunması, karantin qaydalarına riayət olunmasına diqqət yetirilməsi və digər qabaqlayıcı tədbirləri görmək üçün mütəxəssislər ayrıldı, ixtisaslaşmış müalicə müəssisəsinin nəzdində xüsusi şöbələr müəyyənləşdirildi. Həmin şəxslər Həkimlərin Təkmilləşdirmə İnstitutunda kurslarda iştirak etdilər. Hazırda bu proseslər həyata keçirilir və bütün penitensiar müəssisələrdə epidemioloji cəhətdən gərgin mühit yoxdur, infeksiyaya tam nəzarət olunur. Nəzarət tədbirləri fasiləsiz davam etdirilir. Bu gün əsas işimiz təmasların müəyyənləşdirilməsinə, infeksiyanın aşkarlanmasına, kontaktların nəzarətdə saxlanılmasına, tək-tək aşkarlanmış yoluxma hallarının müalicəsinin və müşahidəsinin təmin edilməsinə yönəldilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20

