Koronavirusla mübarizədə bütün vətəndaşlar məsuliyyətli olmalıdırlar
30.07.2020 [09:55]
Ekspertlər hesab edirlər ki, hazırda müvafiq qaydalara riayət etməklə müsbət tendensiyanı qorumaq mümkündür
Məlum olduğu kimi, bütün dünyanı cənginə almış yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyəti təhlil edən Nazirlər Kabineti ölkə üzrə xüsusi karantin rejiminin uzadılması barədə qərar qəbul edib. Eyni zamanda, mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi avqustun 5-dək uzadılıb. Qeyd edək ki, xüsusi karantin rejimi şəraitində müvafiq qərarlar məhz ölkə vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi nəzərə alınaraq qəbul edilir. Buna görə də Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydaların vətəndaşlar tərəfindən icrasının zəruriliyi mühüm əhəmiyyət kəsb edir. Ekspertlərin fikrincə, pandemiya ilə mübarizənin səmərəliliyi üçün vətəndaşlar mütləq qoruyucu vasitələrdən istifadə etməli, eyni zamanda məhdudlaşdırıcı tələblərin yerinə yetirilməsinə ciddi yanaşmalıdırlar.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Afət Həsənova bildirib ki, ölkəmizdə koronavirusla mübarizə istiqamətində görülən tədbirlər, o cümlədən sərt karantin rejiminin iyunun 21-dən etibarən yenidən tətbiqi artıq öz müsbət nəticələrini verməkdədir. Onun sözlərinə görə, son günlərin statistikasına nəzər salsaq yoluxanların sayında azalmanın, sağalanların sayında isə artımın müşahidə olunduğunun şahidi oluruq. Əlbəttə ki, bu çox sevindirici haldır və indiyə qədər görülən işlərin nəticəsidir. Lakin bu müsbət tendensiyanın davam etdirilməsi və uğurlu sonluğa çatmaq üçün hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti sona qədər yerinə yetirməlidir. Yəni görülən işlərin tam müsbət nəticə verməsi üçün ictimaiyyətin bütün üzvlərinin dəstəyi olduqca vacibdir.
Bununla belə, millət vəkili qeyd edib ki, ölkəmizdə koronavirusla bağlı müsbət tendensiyanın müşahidə edilməsi heç bir halda insanlarımızı arxayınlaşdırmamalıdır: “Unutmamalıyıq ki, pandemiya hələ bitməyib. Təəssüflər olsun ki, koronavirus bütün dünyanı ciddi təhdidlə üz-üzə qoymaqda davam edir. Bu baxımdan əldə olunan müsbət nəticələri sona qədər davam etdirmək üçün və uğurlu sonluğa çatmaq üçün hər kəs karantin rejiminin qaydalarına riayət etməlidir”.
“Yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısını almaq üçün ilk günlərdən dövlət bütün addımları atır”. Bu fikirləri isə Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
M.Məmmədli bildirib ki, hazırda Bakıda və digər bır sıra bölgələrimizdə sərt karantin rejiminin davam etməsi də insanların sağlamlığına və təhlükəsizliyinə xidmət edir. Onun sözlərinə görə, COVID-19 pandemiyası şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Bu təhlükə hələ də var və əgər insanlar səhlənkarlıq edərlərsə, infeksiya yenidən geniş şəkildə yayıla bilər. Bu səbəbdən, vətəndaşlar daha diqqətli olmalı, özünütəcridə daha çox önəm verməlidirlər.
“Bilirsiniz ki, karantin rejiminin uzadılması nəticəsində son günlər yoluxma sayında azalma, xəstəlikdən sağlamaların sayı isə artım müşahidə olunur. Bu müsbət tendensiyanın davam etməsi üçün vətəndaşlar qaydalara əməl etməlidirlər. İctimai nəqliyyatda, ofislərdə və digər yerlərdə maskadan istifadə olunmalıdır. Tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri insanları 95 faiz yoluxmadan qoruyur. Eləcə də gigiyenik qaydalara əməl edilməli, insanlarla təmasda ən azı 2 metr sosial məsafə saxlanmalıdır. Bu, özümüzün, yaxınlarımızın, bütövlükdə cəmiyyətimizin qorunması üçündür. Hər birimiz bu qaydalara əməl etməklə virusa tam qalib gəlməliyik”, - deyə deputat qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32

