/ / Əhali arasında dezinformasiya yayanlar, cəmiyyəti çaşdırmağa çalışanlar ifşa olunmalı və cəzalandırılmalıdır
Əhali arasında dezinformasiya yayanlar, cəmiyyəti çaşdırmağa çalışanlar ifşa olunmalı və cəzalandırılmalıdır
16.07.2020 [09:37]
Döyüş getdiyi bir zamanda “beşinci kolon” nümayəndələrinə məxsus olan bəzi resursların ölkəmizə qarşı ermənilər üçün platformaya çevrilməsi onların anti-Azərbaycan mövqeyindən xəbər verir
İyulun 12-dən başlayaraq Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təxribatlara Azərbaycan ordusunun layiqli cavabları düşmən ölkənin və onun havadarlarının planlarını pozdu. Belə ki, hərbi müstəvidə Azərbaycanla heç bir müqayisəyə gəlməyən Ermənistanın ağır itkilər verməsi, düşmən qoşunlarının əsas atəş nöqtələrinin silahlı qüvvələrimiz tərəfindən zərərsizləşdirilməsi erməniləri və onları dəstəkləyən bir sıra qüvvələri başqa istiqamətlərdən hücuma keçməyə sövq edib. Vurğulayaq ki, iyulun 12-dən etibarən düçar olduğu rəzilliyi, çoxsaylı itkilərini ört-basdır etmək üçün istər sosial şəbəkələrdə, istərsə də elektron KİV-də bütün yollara baş vuran ermənilər yeni informativ təxribatlara əl atmağa başladı. Sosial şəbəkələrdə yayılan bəzi yalan və dezinformasiya dolu səs yazıları da dediklərimizi təsdiqləyir.
Bildirmək yerinə düşər ki, bu işdə onlara dəstək verən bəzi “sapı özümüzdən olan balta”lar da var ki, belələri mahiyyətcə düşmən qədər təhlükəlidir. Ermənipərəst mərkəzlərə və bəzi hallarda elə ermənilərin özlərinə xidmət göstərən, ordumuza qarşı şər-böhtan yayan, döyüşlərin getdiyi bir vaxtda yalan məlumatlarla vətəndaşlar arasında gərginlik yaratmaq istəyən və düşmən dəyirmanına su tökən belə mənfurlar mütləq şəkildə tapılıb cəzalandırılmalıdır. Dövlətə, xalqa, milli maraqlara qarşı xəyanət yolu tutmuş belələri ağır günlərdə “kürəyə bıçaq saplamaq” üçün fürsət axtaranlardır. Bu gün yalanları ilə insanları aldatmağa çalışan bu mənfur varlıqlar vaxtilə azərbaycanlıları Dağlıq Qarabağdan çıxmağa çağıran, müxtəlif təxribatlar törədən şərəfini itirmiş, milli heysiyyatı olmayan, dini bilinməyən yaramazlarla eyni mahiyyətə malikdirlər. Bir zamanlar informasiya qıtlığında olan insanları aldadaraq öz yalanlarına inandıranların davamçısı sayılan bu çirkin niyyətli daxili düşmənlər anlamırlar ki, artıq dövr o dövr deyil və belə ucuz yalanlarla nəyəsə nail olmaq mümkün olmayacaq.
Bununla yanaşı, Azərbaycan ordusunun cəbhədə düşmən təxribatlarına, ölkə ictimaiyyətinin isə informasiya mübarizəsində ermənilərin yalanlarına qarşı tədbirlər gördüyü, mübarizə apardığı bir zamanda “beşinci kolon” nümayəndələri, eləcə də onların yaratdıqları internet resursları birmənalı şəkildə erməni yalanlarının tirajlanması üçün münbit platformaya çevrilib. “Meydan TV” kimi şərə xidmət göstərən resurslar bu ağır günlərdə ermənilər üçün öz “qapı”larını taybatay açırlar və ölkəmizə qarşı aparılan şər-böhtan kampaniyasının dəstəkçisinə çevrilirlər. Maraqlıdır ki, adətən öz informasiyalarında daha çox düşmənin mövqeyindən çıxış etməyə öyrənmiş bu kimi resurslar döyüş vaxtı da ənənələrindən əl çəkmək fikrində deyillər. Son günlərdə ermənilərin məhz bu TV-nin səhifələri vasitəsilə rahat şəkildə öz təbliğatını aparması da dediyimizi təsdiqləyir.
Təbii ki, xalqına, dövlətinə düşmən kəsilmiş bu antimilli ünsürlərin çirkin niyyətləri hər zaman ürəklərində qalır və Azərbaycan xalqı çətin günlərdə düşmənin maraqlarını müdafiə etmək üçün səfərbər olanların əsl simasını görür. Belələri unutmamalıdırlar ki, Azərbaycan xalqı hər zaman istər daxildəki, istərsə ölkə xaricindəki düşmənlərinə layiqli cavab verib və yerini göstərib.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27

