Qafqaz Müsəlmanları İdarəsi Ermənistanın törətdiyi hərbi təxribatla bağlı bəyanat yayıb
15.07.2020 [09:08]
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı bəyanat yayıb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda deyilir: “Uzun illərdir ki, Dağlıq Qarabağ və ətraf rayonları əhatə edən 20 faiz ərazimizi işğal altında saxlayan bədnam Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində, Tovuz rayonu istiqamətində son günlərdə təxribatlar törədilməsi, atəşkəs rejiminin pozulması, ərazilərimizin təcavüzə məruz qalması Azərbaycan xalqını, o cümlədən dini ictimaiyyətimizi dərindən narahat edir. Yer üzündə ən vacib ilahi dəyər olan sülhün zaman-zaman mənfur qonşu dövlət tərəfindən məkr və fitnə ilə pozulması yeni savaşlara və yeni tələfatlara meydan açıb. Böyük ürəkağrısı ilə qeyd edirik ki, düşmənin təxribatçı həmləsini dəf edərkən qəhrəman Azərbaycan övladları şəhid olub, igid hərbçilərimizin bir neçəsi yaralanıb, mülki əhali arasında tələfat baş verib. Bu təxribatın bütün siyasi və hüquqi məsuliyyəti Ermənistan tərəfinin üzərindədir, törətdiyi cinayət əməllərinə görə bu dövlətin siyasətbazları Allah və bəşər məhkəməsi qarşısında cavab verəcək.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla Qazılar Şurası və bütün müsəlman din xadimlərimiz adından şəhidlərimizə Allah-Təaladan rəhmət, yaralılarımıza şəfa diləyir, şəhidlərimizin ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına səbir və dəyanət arzulayır, düşmən qarşısında mətanətli olmağa çağırırıq.
Ən böyük təsəllimiz budur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, hərbçilərimizin qisası alınıb, müqəddəs dövlət sərhədimiz qorunub və düşmən əsgərləri geri çəkilib. Qüdrətli Azərbaycan Ordusunun azğın təcavüzkarı geri oturtması cəsur hərbçilərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması bizdə sonsuz inam və qürur hissi yaratdı. Biz işğalçı Ermənistanın bu çirkin təxribatını qətiyyətlə pisləyir, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə, təcavüzkarın hüquqi cəzalandırılması üçün səy göstərməyə çağırırıq.
Qafqaz Müsəlmanları İdarəsi bu narahat günlərdə Ali Baş Komandanımız, dövlətimiz, xalqımız və Vətən torpaqlarını müdafiə edən ordumuzla həmrəy olduğunu bir daha bəyan edir, qəhrəman Azərbaycan Ordusuna həmişə yüksək qələbə əzmi, parlaq zəfərlər arzulayır. Allah-Təala haqq işimizə yardımçı olsun”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

