Dövlətin gördüyü çevik tədbirlərlə ölkəmizdə pandemiyanın ciddi fəsadlarının qarşısı alınıb
07.07.2020 [09:57]
Ekspertlərin fikrincə, koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə hökumətin fəaliyyətindən deyil, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır
Məlum olduğu kimi, dünyada yeni növ koronavirus (COVID-19) infeksiyası yayılmağa başladığı ilk dövrdən Azərbaycan bütün istiqamətlər üzrə çevik və ciddi tədbirlər həyata keçirməyə başlayıb. Dövlətin pandemiya mübarizə sahəsində strategiyasının əsasını koronavirusun geniş yayılmasının qarşısının alınması, ölkə səhiyyəsinin və aidiyyəti infrastrukturun koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılması, iqtisadiyyatın dayanıqlığının və əhalinin sosial müdafiəsinin təmin edilməsi, habelə vətəndaşların maarifləndirilməsi təşkil edib.
Lakin təəssüf ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və bütün ökələrin ciddi səylərinə baxmayaraq, pandemiyanın qarşısını almaq və ya onu əsaslı şəkildə lokallaşdırmaq hələlik mümkün olmayıb. Dünyanın bir çox dövlətlərində olduğu kimi, Azərbaycanda da karantin rejiminin ilk yumşalma mərhələsindən sonra koronavirusa yolxuma sayında artım müşahidə olunur.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Müşfiq Cəfərov hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində qısa zamanda səhiyyə infrastrukturunun koronavirusla mübarizəyə istiqamətləndirildiyini deyib: “COVİD-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün qısa müddətdə 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən “Yeni Klinika” koronavirus xəstələrinin ixtiyarına verilib. Bölgələri də əhatə edən 2000 çarpayılıq 10 modul tipli xəstəxananın quraşdırılmasına başlanıb və onlardan 5-i artıq istifadəyə verilib. Müasir standartlara cavab verən laboratoriyalar alınıb və qısa müddətdə onların sayı 26-ya çatdırılıb. Ölkəmizdə qoruyucu vasitələrin, dezinfeksiyaedici vasitələrin istehsalı təşkil olunub”.
Deputatın sözlərinə görə, qeyd edilən tədbirlərin nəticəsidir ki, dünyanın ən inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmayıb: “Bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycan müsbət nəticələr nümayiş etdirib. Ölkəmizin bu istiqamətdə gördüyü işlərin səmərəliliyi dəfələrlə ÜST, ayrı-ayrı beynəlxalq qurumlar, dövlət və hökumət başçıları tərəfindən xüsusi qeyd edilib”.
Milli Məclisin üzvü Ramil Həsən COVİD-19-a yoluxma hallarının artması məsələsinə toxunaraq bildirib ki, karantin rejiminin yumşaldılması yeni yoluxma dalğasına gətirib çıxarıb: “Ona görə də bir çox ölkələrdə yenidən ciddi karantin tədbirləri həyata keçirilir. Məsələn, Almaniya, İspaniya, Avstraliya, Qazaxıstan və digər ölkələr bəzi regionlarında yenidən sərtləşmə tədbirləri tətbiq etmək məcburiyyətində qalıblar”.
Deputatın sözlərinə görə, bu gün hamımızı narahat edən məsələ yoluxmaların sayının hələ də yüksək səviyyədə qalmasıdır: “Aparılan test sayından asılı olaraq nəticələri müsbət çıxan vətəndaşların gündəlik sayı 500-600 arasındadır. Əvvəllki aylara nisbətən sağalanların sayı yüksək olsa da, ölüm sayında da artım müşahidə olunmaqdadır”.
Bütövlükdə Azərbaycan cəmiyyətinin həyata keçirilən məhdudiyyət tədbirlərini anlayışla qarşıladığını deyən R.Həsən vurğulayıb ki, əgər hamımız qaydalara riayət etməsək, müsbət nəticə əldə etmək mümkün olmayacaq.
Deputat deyib ki, koronavirusla mübarizədə yeni uğurların əldə olunması təkcə hökumətin, Operativ Qərargahın fəaliyyətindən deyil, həm də hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır: “Artıq hər birimizin ətrafında koronavirusa yoluxmuş şəxslər, ailələr var, biz onların necə böyük problemlə üzləşdiklərini görürük. Bu, hər birimizin məsuliyyətli olması, birlik və həmrəyliyi daha da gücləndirməsi üçün siqnal olmalıdır. Biz müharibədəyik və qalib çıxmağımız üçün hamımız mübarizəyə qoşulmalıyıq. Çünki hər birimizin ailəsi, övladları, yaşlı valideynləri, yaxınları hər gün risk altındadır”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

