Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
14.06.2020 [19:39]
1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkə tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Onun qətiyyəti, müdrik siyasəti nəticəsində ölkəmiz parçalanmadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən xilas oldu, siyasi sabitlik və inkişaf təmin edildi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Tərtərdə keçirilən onlayn videokonfransda səsləndirilib.
İnzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdikləri videokonfransda çıxış edənlər 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyəti, hökm sürən hərc-mərcliyi ətraflı təhlil edib, Ulu Öndərin xilaskarlıq missiyasından danışıblar. Bildirilib ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Azərbaycanda hakimiyyət boşluğu, xaos hökm sürürdü. Ölkədə vəziyyət günbəgün kəskinləşirdi. Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Bir tərəfdən erməni silahlıları torpaqlarımızı işğal edir, digər tərəfdən ölkənin müxtəlif yerlərində separatçılar baş qaldırırdılar. Məqsəd Azərbaycanı parçalamaq və bir dövlət kimi tarixin səhifəsindən silmək idi. Belə bir ağır vəziyyətdə xalq yeganə qurtuluş yolunu Heydər Əliyevdə görürdü. Beləliklə, xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət edildi. Tarixi xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli Lider həyatını təhlükə qarşısında qoyaraq Gəncəyə getdi. Onun Gəncəyə səfəri vətəndaş qarşıdurmasının qarşısını aldı. Xalqın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. Həmin gün xalqımızın tarixinə Qurtuluş Günü kimi yazıldı. Ulu Öndərin müdrik siyasəti nəticəsində ölkə siyasi böhrandan, parçalanmaq təhlükəsində xilas olaraq, sabitlik və inkişaf yoluna qədəm qoydu.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

