Hazırkı şəraitdə pandemiyaya qarşı mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir
02.06.2020 [09:26]
Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir
Azərbaycan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı səmərəli mübarizə aparan nümunəvi ölkələr sırasında yer alır. Azərbaycan dövləti ölkə ərazisində COVİD-19-a ilk yoluxma faktı qeydə alındıqdan etibarən təhlükəli xəstəliyin daha geniş miqyasda yayılmasının qarşısının alınması və insanların həyatının qorunması üçün bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Qeyd edək ki, xüsusi karantin rejimi dövründə virusa yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib.
Pandemiyaya qarşı mübarizədə ictimai nəzarət və ictimai qınaq vacib şərtdir
Məlum olduğu kimi, ölkəmizdə pandemiyaya qarşı mübarizədə müşahidə edilən müsbət dinamika nəzərə alınaraq aprelin 27-dən karantin rejiminin mərhələlərlə yumşaldılmasına başlanılıb. Təəssüf doğuran haldır ki, xüsusi karantin rejimi yumşaldıldıqdan və müəyyən qadağalar aradan qaldırılandan sonra respublika ərazisində yeni yoluxma hallarının sayında artım müşahidə olunur. Son günlərin statistikası təsdiqləyir ki, respublikamızda pandemiyaya qarşı mübarizədə ilk mərhələdə əldə edilmiş müsbət nəticəni qoruyub saxlamaq mümkün olmayıb. İndiki şəraitdə narahatlıq yaradan əsas məsələ vətəndaşların nizam-intizamı gözləməmələri ilə bağlıdır. Təəssüf doğuran haldır ki, bir sıra vətəndaşlarımızın məsuliyyətsiz davranışı virusa yoluxma riskini artırır. Karantin qaydalarının yumşaldılması heç də pandemiyanın başa çatması anlamına gəlmir.
Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayət etmələrindən birbaşa asılıdır. İctimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada əməl etməlidirlər. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da belə fəaliyyətə çağırmalıdır.
Bütövlükdə, hazırda ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Ümumiyyətlə, pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda, bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.
Sanitar-epidemioloji qaydalara əməl etməyənlərə qarşı müvafiq cəza tədbirləri görüləcək
Uzun müddətdir ki, ayrı-ayrı ölkələrdə müəyyənləşdirilən qaydaların pozulmasına, xüsusilə də tibbi maskadan və digər fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzasi da tətbiq olunur. Respublikamızda da belə sərt cəza tədbirlərinə əl atılması qaçılmaz zərurətə çevrilib. Başqsa sözlə, pandemiya şəraitində ayrı-ayrı vətəndaşların müəyyənləşdirilən qaydaları gözləməmələri, maska taxmamaları və bu kimi digər səbəblərdən də virusa yoluxma hallarının artması respublikamızda da müvafiq cəza tədbirlərinin görülməsini labüd edir.
Artıq Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib. Bütövlükdə isə, hazırkı şəraitdə üçün hər bir şəxs vətəndaş məsuliyyəti nümayiş etdirməli, sanitar-epidemioloji qaydalara ciddi riayət etməlidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

