Karantin günlərində onlayn kitab satışı...
23.04.2020 [10:29]
Yaxud alıcıların onlayn sifarişləri hansı müddət və məbləğə ünvana çatdırılır?
Məlum olduğu kimi, Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə obyektləri, o cümlədən kitab evləri fəaliyyətini dayandırıb. Amma yeni kitab almaq istəyənlər üçün əlavə imkanlar var. Belə ki, kitab satışını rahat şəkildə həyata keçirmək üçün elektron kitab mağazaları fəaliyyət göstərir və bu günlərdə onların işi daha da intensivləşib. Yəni həmin mağazalar ölkənin bütün ərazilərindən sifariş qəbul edir və ünvana çatdırır. Bəs bu mağazalar alıcıların sifarişlərini hansı müddətə və məbləğə həyata keçirirlər? Bu və digər suallara cavab tapmaq üçün onlayn kitab satışı həyata keçirən bir neçə kitab mağazasına müraciət etdik.
Sifarişlərin sayında artım müşahidə edilir
"Yeni Azərbaycan" qəzetinin suallarını cavablandıran “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli öncə karantin günlərində mütaliə edənlərin və onlayn kitab sifariş edənlərin sayında artım müşahidə olunduğunu deyib. Onun sözlərinə görə, onlayn sifarişlərin sayı əvvəlki günlərlə müqayisədə nisbətən artıb: "Mağazamız 15 ildir ki, fəaliyyət göstərir. Biz hələ belə müştəri axını görməmişik. Karantin günlərində yüzlərlə yox, minlərlə kitab sifarişi olur. Müşahidələrimə əsasən onu deyə bilərəm ki, bu günlərdə yeni dil öyrənmək istəyənlərin sayında da artım var”.
O ki qaldı çatdırılma şərtlərinə, Nigar Köçərli deyib ki, sifarişlər çox olduğu üçün çatdırılmanı gün ərzində yox, 48 saat müddətində həyata keçirə bilirlər: “Xatırladım ki, saytımızda minimal sifariş 20 AZN-dən başlayır. Əvvəl belə məhdudiyyət yox idi. Bilirsiniz ki, hazırda çox çətin rejimdə işləyirik. Metronun fəaliyyət göstərməməsi kuryerlərimiz üçün çətinlik yaradır. Bəzən sifarişi ünvana çatdırmaq üçün üç nəqliyyat vasitəsi belə dəyişdirməli olurlar. Bu səbəbdən çatdırılmanın qiyməti 5 AZN təşkil edir. Birlikdə komanda olaraq çalışırıq ki, əlimizdən gəldiyi qədər oxucularımıza kömək edək. Çünki biz birlikdə güclüyük".
N.Köçərli onu da vurğulayıb ki, məlum səbəbdən bölgələrə kitabların çatdırılmasında gecikmə halları baş verir: "Bölgələrdən də sifariş çox aktivdir. Hər gün, demək olar ki, 2-3 kitab göndəririk. Məlumdur ki, poçt xidməti yarım gün işləyir. Bu səbəbdən də hər hansı bölgəyə, eləcə də ucqar kəndlərə sifariş əvvəl iki gün ərzində çatdırılırdısa, indi bu müddət 7-10 gün ərzində dəyişə bilər".
Çatdırılma məbləği məsafəyə görə dəyişir...
Məsələ ilə bağlı qəzetimizə danışan “Libraff” mağazalar şəbəkəsinin piar meneceri Sərxan Rüstəmov isə ilk olaraq deyib ki, insanların mağazalara gəlmək imkanının olmadığını nəzərə alaraq təxminən Novruz bayramından etibarən çatdırılma xidmətini aktivləşdirdilib: “Sevindirici haldır ki, onlayn kitab satışı ilə bağlı kifayət qədər müraciət daxil olur. Gün ərzində Azərbaycan, rus, ingilis dillərində kitablar alınır. Təbii ki, ən çox sifarişləri gənc nəsil edir. 20-40 yaş arası insanlar müxtəlif vasitələrlə - facebook, instagram səhifələrimizə yazaraq, eləcə də zəng edərək kitabları sifariş edirlər. Biz də sifarişləri həmin gün, ya da maksimum 3 gün ərzində çatdırmağa çalışırıq. Xatırladım ki, yalnız Bakı şəhəri üzrə çatdırılma həyata keçirilir. 10 AZN-dən yuxarı sifarişlər qəbul olunur. Çatdırılma məbləği isə məsafəyə görə 3-5 AZN arası dəyişir".
S.Rüstəmov nəğd ödəniş etməyənlər üçün yaxşı imkan yaradıldığını da diqqətə çatdırıb: "Hazırda saytımız yenilənir. Bu səbəbdən də onlayn ödəniş üzərində proseslər gedir. Saytda yenilənmə bitdikdən sonra artıq onlayn ödəniş etmək mümkün olacaq. Bununla yanaşı, müştərilərimizin yerindəcə kartla ödəniş edə bilməsi üçün kuryerlərimizə POS-terminal da vermişik. Çünki elə müştəri var ki, əlində nəğd pulu yoxdur".
Daha çox satılan kitablar...
Öz növbəsində, “kitabevim.az” e-mağazasının əməkdaşı İman İmanov son günlərdə psixologiya və elmi janrlarda olan kitabların daha çox satıldığını deyir: "Karantin günlərində əvvəlki günlərlə müqayisədə oxucu kütləsi daha çoxdur. Oxucularımız yerli və xarici kitabları internet üzərindən və ya telefonla sifariş verərək əldə edirlər. Biznes, şəxsi inkişaf və motivasiya tipli əsərlər oxucular tərəfindən daha böyük maraqla qarşılanır. Bu günlərdə yeni dil öyrənmək istəyənlər də az deyil. Xüsusilə, rus və ingilis dillərində olan vəsaitlərə təlabat yüksək səviyyədədir. Kitabların qiymətində isə heç bir dəyişiklik yoxdur. Lakin çatdırılma ödənişlidir. Belə ki, Bakı şəhəri və ətraf rayonlara məsafədən asılı olaraq qiymət 2-4 AZN təşkil edir. Bölgələrə isə poçtun təyin etdiyi çəkiyə və ölçüyə görə ödəniş təyin edilir".
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22

