Azərbaycanda əhalinin ehtiyaclarının ödənilməsi ilə bağlı zəruri tədbirlər davam etdirilir
15.04.2020 [10:17]
Nazirlər Kabinetinin “Əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” Qərarına əsasən, əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcminin 2020-ci ilin aprel ayından etibarən iki ay müddətində 100 kilovat-saat artırılaraq 400 kilovat-saata çatdırılması vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmalarını göstərən daha bir bariz nümunədir
Azərbaycan dövləti yeni növ koronavirus infeksiyasının (COVİD-19) ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bu kontekstdə vətəndaşların sağlamlığı, təhlükəsizliyi ilə yanaşı, həm də iqtisadi-sosial məsələlərin həlli üçün vacib addımlar atılır. Qeyd edilməlidir ki, "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamından irəli gələn məsələlərin həlli ilə bağlı tədbirlər uğurla davam etdirilir. Bu sahədə atılan addımlardan biri də Nazirlər Kabinetinin "Əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında" qərarıdır. Qərara əsasən, əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən iki ay müddətində 100 kilovat-saat artırılaraq 400 kilovat-saata çatdırılıb. Təbii ki, bu qərar xüsusi karantin rejiminə uyğun olaraq əhalinin evdə qalması ilə bağlı elektrik enerjisindən istifadənin çoxalmasından qaynaqlanır.
Xatırladaq ki, qərarda bildirilən 2 aylıq müddət aprel və may aylarını əhatə edir. Apreldə mart ayının sərfiyyatları abonentlərə bildiriş olaraq verildiyi üçün may ayında aprelin sərfiyyatı veriləcək və həmin vaxt 400 kilovat/saat nəzərə alınacaq. Həmçinin iyun ayında mayla bağlı veriləcək bildirişlərdə də 400 kilovat/saatlıq limit üzrə hesablama aparılacaq. 400 kilovat/saatlıq limitlə bağlı artım yalnız əhali qrupu abonentlərinə şamil olunur.
Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sevinc Hüseynova qlobal pandemiya şəraitində ölkəmizdə atılan addımların mühüm əhəmiyyətə malik olduğunu deyib. Millət vəkili qeyd edib ki, Nazirlər Kabinetinin "Əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında" qərarı indiki dövrdə olduqca vacib bir addımdır. Azərbaycan dövlətinin hələ ölkəmizdə yeni növ koronavirus infeksiyasına yoluxmanın qeydə alındığı ilk günlərdən başlayaraq vətəndaşların sosial məsələlərini diqqət mərkəzində saxladığını deyən millət vəkili Nazirlər Kabinetinin elektrik enerjisindən aylıq istifadə həcminin artırılması ilə bağlı qərarının böyük sosial əhəmiyyətə malik olduğunu bildirib: "Bilindiyi kimi, karantin rejimi ilə bağlı vətəndaşlara evdə qalmaq tövsiyə olunub və bir sıra qurumların əməkdaşları məhz onlayn sistemdə çalışırlar. Bütün bunlar isə, nəticə etibarilə, elektrik enerjisindən istifadənin həcminin artmasına yol açıb. Elektrik enerjisinin aylıq həcminin aprel ayından etibarən iki ay müddətində 100 kilovat-saat artırılaraq 400 kilovat-saata çatdırılması qərarı dövlət siyasətinin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyinin dayanmasının növbəti təzahürüdür".
Millət vəkili onu da da qeyd edib ki, dövlətin həyata keçirdiyi tədbirlər vətəndaşların rifahının yüksəldilməsinə yönəlib: "Bu gün dövlətimiz zəruri resurslarını məhz vətəndaşlarımızın sosial qayğılarının həllinə yönəldib. Dövlət tərəfindən qəbul edilmiş bütün müvafiq qərarlar əhalinin rifahının, sağlamlığının və təhlükəsizliyinin təmin edilməsinin prioritet istiqamət olduğunu əyani şəkildə nümayiş etdirir".
Milli Məclisin deputatı Müşviq Məmmədli ölkəmizdə iqtisadi sabitliyin qorunması, vətəndaşların sosial rifahının yüksəldilməsi yönündə atılan addımların xüsusi önəm kəsb etdiyini bildirib. Millət vəkili ölkəmizdə tətbiq olunan karantin rejiminin də məhz vətəndaşların təhlükəsizliyinə xidmət göstərdiyini diqqətə çatdırıb: "Təbii ki, tətbiq olunan karantin rejimi çərçivəsində dövlət vətəndaşları maraqlandıran bütün məsələlərlə bağlı uğurlu addımlar atır. İşsiz insanlara dövlət tərəfindən maddi dəstək göstərilir, eləcə də aztəminatlı və əhalinin həssas qrupları dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Məlumdur ki, tətbiq olunan karantin rejimi çərçivəsində insanların evdə qalması elektrik enerjisinə tələbatın artmasına yol açır. Nazirlər Kabinetinin "Əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında" qərarı isə dövlətimizin insanlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qəbul edilməlidir. Qərara əsasən, 2 aylıq müddət aprel və may aylarını əhatə edir və bu dövrdə istifadə həcmi 400 kilovat/saat olaraq nəzərə alınacaq. Belə bir qərarın qəbul olunması təqdirəlayiq addım və müsbət haldır".
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31

