Qafqaz Müsəlmanları İdarəsinin sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
20.03.2020 [09:55]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təbrikdə Şeyxülislam qədim, mübarək Novruz bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edib, Allah-Təaladan səadət və rifah, xoş əhval-ruhiyyə və bayram sevinci diləyib: “Novruz ulu tariximizdə özəl yeri və önəmi olan el bayramıdır. Yaşadığımız hər an, varlığımız üçün Uca Yaradana həmd-səna edən xalqımız Novruz bayramını Allahın böyük lütfü kimi dəyərləndirir. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edən Novruz həyatın yenilənməsinin, dirçəlişinin rəmzi olub, insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır. Yaradanın lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyini daha da artırır”.
Şeyxülislam bildirib ki, Allaha çox şükürlər olsun, hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi, torpaqlarımızın işğaldan azad olunacağına inamımızı daha da artırır. Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini möhtərəm dövlətimizin başçısı Prezident İlham Əliyevin qətiyyət və möhkəm iradə ilə yeritdiyi davamlı islahatlarda, xalqın maddi və mənəvi rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş müdrik dövlət siyasətində görür və bu uğurlu inkişaf yolunu ürəkdən dəstəkləyir. Əlhəmdülillah, dövlət rəhbərimizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizə, ümumbəşəri mədəniyyətə ehtiramlı münasibəti, dinlər və sivilizasiyalar arasında dialoq və əməkdaşlıq ideyalarına sədaqəti sayəsində multikultural Azərbaycan bütün səmavi dinlərə sülh naminə birlik, həmrəylik çağırışları ilə dünyanın gündəmindədir. Elimizin əziz bayramlarından olan Novruz ərəfəsində yeni parlamentimizin fəaliyyətə başlaması millətimiz, dövlətimiz üçün xeyirlərə vəsilə olsun!.
“Uca Yaradana məhəbbəti, yaratdıqlarına şükür-sənanı və Onun rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu bayram günlərində Yer üzünün salamatlığı, ölkəmizin əmin-amanlığı, dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi iqtisadi çətinliklərin tezliklə aradan qalxması üçün dualar edir, xəstələrin şəfa tapmasını diləyirik. İnsan sağlamlığının qorunması Uca Allahın istəyidir, bununla bağlı hər birimizin üzərinə böyük məsuliyyət və vəzifələr düşür. Şükürlər olsun ki, dövlətimiz tərəfindən xəstəliyin aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür, insanlarımız diqqət və qayğı ilə əhatə olunub. Ümidsizliyə qapılmaq, təxribatlara uymaq şeytan əməlidir. Dindarları, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı hökumətimizin tövsiyə və qərarlarına əməl etməyə, dualar edərək sabaha ümidlə baxmağa çağırırıq. İnanırıq ki, Allahın köməyi ilə, dövlət başçımızın rəhbərliyi ilə görülən tədbirlər öz müsbət nəticəsini verəcəkdir, inşallah! Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun, xalqımıza salamatlıq və firavanlıq bəxş etsin!
Əziz həmvətənlərim! Novruz bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allah-Təala bütün ülvi arzularımızın, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin!
Novruzun qədəmləri mübarək olsun, xalqımız üçün xeyirlərə vəsilə olsun!”, - deyə təbrikdə bildirilir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

