Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığında bir sıra görüşlər keçirib
18.03.2020 [09:21]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının müavini Nada Al Naşif, Komissarlığın bir sıra yüksək rütbəli rəsmiləri, o cümlədən UNICEF-in regional direktoru Əfşan Xan ilə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlər zamanı müvəkkil fəaliyyətə başladığı dövr ərzində insan hüquqlarının səmərəli müdafiəsi sahəsində görülən işlər, həmçinin təsisatın prioritet istiqamətləri barəsində geniş məlumat verib.
Qeyd olunub ki, Azərbaycanda Ombudsman institutu yarandığı ilk gündən etibarən beynəlxalq təşkilatlar, o cümlədən BMT və onun alt qurumları ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasına və inkişafına xüsusi diqqət göstərib. Təsisatın 2006-cı ildən Milli İnsan Hüquqları İnstitutu qismində BMT-də akkreditasiyadan keçdiyini qeyd edən Səbinə Əliyeva Ombudsmanın bu təşkilatın saziş qurumları ilə yaxın əməkdaşlıq qurduğunu, hazırki dövrə qədər insan hüquqlarının müxtəlif sahələri üzrə əlavə hesabatlar, o cümlədən qurumun İnsan Hüquqları Şurasına həm yazılı, həm də şifahi bəyanatlar təqdim etdiyini bildirib.
Ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi sahəsində mühüm işlərin görüldüyünü qeyd edən müvəkkil Azərbaycan Prezidentinin cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların tətbiqinin genişləndirilməsinə dair imzaladığı Sərəncam barədə məlumat verib. Bu Sərəncamdan irəli gələn məsələlərin yerinə yetirilməsi prosesində Ombudsman təsisatının da fəal iştirak etdiyi diqqətə çatdırılıb.
Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşdüyünü xanım Naşifin diqqətinə çatdıran müvəkkil işğal altındakı Dağlıq Qarabağda və ətraf rayonlarda separatçı rejimin mövcudluğunun beynəlxalq hüquq normalarının kobud surətdə pozulması, eləcə də ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə zidd olduğunu vurğulayıb.
Qeyd olunub ki, hazırda məcburi köçkünlərin, qaçqınların və miqrantların hüquq və azadlıqlarının müdafiəsinin təmin olunması Ombudsmanın fəaliyyətində prioritet istiqamətlərdən biridir.
S.Əliyeva BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndəliyinin rəhbəri ilə görüşdə iki qurum arasında mövcud əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni və daha uzunmüddətli anlaşma memorandumunun imzalanmasını təklif edib.
Ombudsmanın ölkəmizdə ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyəti barədə məlumat verən müvəkkil təsisatın 2019-cu ildən etibarən Avropa İttifaqının və Avropa Şurasının birgə dəstəyi ilə həyata keçirilən “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının (əlçatanlığının) gücləndirilməsi” adlı regional layihəyə qoşulduğunu və bu layihə çərçivəsində bir sıra beynəlxalq tədbirlərdə, seminarlarda təmsil olunmaqla yanaşı, qurumun əməkdaşlarının bilik və təcrübələrini gücləndirmək məqsədilə milli azlıqların, həmçinin yerli icmaların nümayəndələrinin də iştirakı ilə Qubada təlim-seminarın keçirildiyini qeyd edib. Bildirilib ki, Milli İnsan Hüquqları institutlarının fəaliyyətində beynəlxalq meyarlar kimi qəbul edilən Paris Prinsiplərinin də tələbi olan ayrı-seçkiliklə mübarizə sahəsində Ombudsmanın mandatının genişləndirilməsi qarşıda duran mühüm məsələlərdəndir.
UNICEF-in regional direktoru xanım Əfşan Xan ilə görüş zamanı ölkəmizdə uşaq hüquqlarının səmərəli müdafiəsinin daim müvəkkilin diqqət mərkəzində olduğu bildirilib, bu istiqamətdə sözügedən qurumun ölkə nümayəndəliyinin rəhbəri ilə yaxından əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.
Müvəkkil UNICEF-in ölkə üzrə nümayəndəsi Edvard Karvardin ilə görüşdüyünü bildirərək, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda Ombudsmanın vahid “qaynar xətt” xidmətinin yaradılması məsələsinin müzakirə edildiyini qeyd edib. Bu il təsisatla UNICEF arasında birgə əməkdaşlığa dair fəaliyyət planının imzalandığı vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39

