UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq
05.03.2020 [09:26]
UNEC ilə Danimarkanın Area9 Lyceum ApS şirkəti arasında adaptiv təhsil sahəsində əməkdaşlıqla bağlı şirkətin İdarə Heyətinin sədri Ulrik Juul Kristensen universitetdə olub.
UNEC rektoru, professor Ədalət Muradovla görüşdə U.J.Kristensenə universitet barədə ətraflı məlumat verilib. UNEC-in Avropanın və Amerikanın aparıcı universitetləri ilə ikili diplom proqramlarından bəhs olunub. Rəqəmsallaşmanın təhsil sahəsində ciddi dəyişiklikləri qaçılmaz etdiyini deyən Ə.Muradov UNEC-in bu istiqamətdə uğurlu addımlar atdığını bildirib. Rektor ölkədə ilk dəfə olaraq, UNEC-də distant təhsilə start verildiyini diqqətə çatdırıb.
Urlik Kristensen adaptiv təhsilin əhəmiyyətindən söz açaraq, bu platformanın təhsil və korporativ təlim sahəsində səmərəliliyindən danışıb. Bildirib ki, adaptiv təhsil tələbənin, eləcə də korporativ sektorda çalışanların fərdi qabiliyyət və ehtiyaclarını maksimum dərəcədə nəzərə alan bir təhsil platformasıdır. Bu platformada elektron tədris sistemləri vasitəsilə təhsil alanların bilik səviyyəsinə uyğun olaraq, materiallar mətn, audio və video formatında təqdim edilir, materialın mənimsənilməsi qiymətləndirilir və kurs çərçivəsində sonrakı istiqamət müəyyənləşdirilir. U.Kristensen bildirib ki, adaptiv təhsil təhsilalana iki dəfə az müddətə kursu tam mənimsəməyə imkan verir.
Görüşdə UNEC-lə Area9 Lyceum ApS şirkət arasında əməkdaşlıq imkanları müzakirə olunub. Rektor Ədalət Muradov adaptiv təhsil sahəsində də UNEC-in ölkədə yeni bir ilkə imza atacağını və bu istiqamətdə Area9 Lyceum ApS şirkəti ilə əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.
Sonra tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Area9 Lyceum ApS şirkəti UNEC-də təhsil sahəsində və korporativ sektor üçün adaptiv təhsilin tətbiqi üçün proqram təminatı təqdim edəcək, eyni zamanda, bu istiqamətdə texniki dəstək göstərəcək. Həmçinin UNEC müəllimlərinin adaptiv təhsil proqramlarını mənimsəməsi üçün təlimlərini və sertifikatlandırılmasını təşkil edəcək.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

