Xaçmaz, Qusar və Qubada müasir içməli və tullantı su şəbəkələri yaradılıb
21.02.2020 [09:20]
Xaçmaz, Qusar və Quba şəhərlərində müasir standartlar səviyyəsində içməli və tullantı su şəbəkələri yaradılıb.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsinin prioritet hesab edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında tullantı sularının idarə olunması, ətraf mühitə ziyan vurmadan təmizlənib kənarlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bölgələrdə icra olunan su və kanalizasiya layihələri çərçivəsində tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə yeni qurğular inşa edilir.
Respublikamızın böyük turizm potensialı olan şimal rayonlarında tullantı sularının optimal idarə edilməsi ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Ötən müddətdə icra olunan layihələr çərçivəsində Xaçmaz, Qusar və Quba şəhərlərində müasir standartlar səviyyəsində içməli və tullantı su şəbəkələri yaradılıb. Bu şəhərlərin relyef xüsusiyyətləri və tullantı sularının axıdılma hövzələri qiymətləndirilərək Xaçmaz rayonu ərazisində birinci mərhələdə məhsuldarlığı sutkada 20 min kubmetr olan bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilir.
Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində tikilən qurğuda işlər hazırda intensiv qaydada davam etdirilir. Tullantı sutəmizləyici qurğuda Xaçmaz, Qusar və Quba şəhərləri ilə yanaşı, Şahdağ Qış-Yay Turizm Kompleksi ərazisində yaranan tullantı suları da təmizlənəcək. Tullantı sularının təmizləyici qurğuya nəqli məqsədilə daşıyıcı kollektorlar inşa edilib. Qurğuda təmizlənən su Qudyalçay dərəsinə axıdılacaq. Bu məqsədlə 2 kilometr uzunluğunda kollektor tikilib. Tullantı sutəmizləyici qurğunun inşasının bu ilin sonunda başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, regionlarda həyata keçirilən layihələr çərçivəsində 18 şəhərdə tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb. Cari ilin sonuna qədər daha 9 şəhərdə tullantı sutəmizləyici qurğuların inşası başa çatacaq. İndiyədək 52 şəhər və rayon mərkəzində içməli su və tullantı su layihələri icra olunub. Bu şəhərlərin 30-da içməli su və kanalizasiya, 11-də isə içməli şəbəkələrinin tikintisi yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04

