Hakimliyə namizədlərin tədris kursu yeni mövzularla zənginləşdirilir
19.02.2020 [09:41]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə seçimi davam edir. Hazırda imtahanlarda uğur qazanmış 44 namizəd hakim vəzifəsinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında təşkil edilən tədris kursuna cəlb olunub. Bu kurslarda nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə mühüm və aktual mövzular tədris edilir. Onların məhkəmələrdə, həmçinin beynəlxalq təcrübəni öyrənmələri məqsədilə xarici dövlətlərdə staj keçmələri nəzərdə tutulur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hakimliyə namizədlərin tədris proqramına bir çox aktual mövzular, o cümlədən hakimlərin etik davranış qaydaları və deontologiyası ilə bağlı mövzular daxil edilib.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində hakimlərin etik davranış məsələləri mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə 2007-ci il iyunun 22-də Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər üçün spesifik əxlaq və etik tələbləri, onların peşə etikası məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayan və peşə fəaliyyətinə münasibətini müəyyən edən Etik Davranış Kodeksi qəbul olunub. Dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında Məhkəmə-Hüquq Şurasına həmin Kodeksin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünün təmin olunması tapşırılıb.
Ədliyyə Akademiyasında kurs keçən hakimliyə namizədlərlə etik davranış məsələlərin tədrisinə mühüm önəm verilərək Etika Akademiyası ilə birgə “Daxili bacarıqların inkişafı” mövzusunda üçgünlük təlim keçirilib.
Təlimin açılışında namizədlərin daxili bacarıqlarının inkişafı, onların yüksək davranış standartlarına və təsir mexanizmlərinə yiyələnmələri üçün təlimin əhəmiyyəti qeyd olunub.
Tədbirdə Böyük Britaniyanın ICM institutunun HR üzrə mütəxəssisi, etiket və yüksək standartlar üzrə təlimçi-hüquqşünas Günel İbrahimin mövzu ilə bağlı təqdimatı dinlənilib. Namizədlərə geyim kodeksi, protokol nitq, diksiya, natiqlik, söz ehtiyatının çoxaldılması, yaddaş məşqləri, stressə davamlılıq texnikaları aşılanıb.
Təlim zamanı interaktiv məşğələlərə maraq göstərən namizədlər bir neçə əyani məşğələdə iştirak edib, alimlərin ən son ixtiralarına istinad edən daxili bacarıqların inkişafı texnikasını, natiqlik mövzusunda xüsusi qısa düsturlar və təsir texnikalarını mənimsəyib, stressə davamlılıq kateqoriyasında özünü motivasiya edən fəndlər haqqında məlumat alıblar.
Xəbər lenti
Hamısına baxDünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31

