/ / Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
15.02.2020 [10:52]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 14-də Abşeron, Astara, İmişli, Tərtər və Zərdab rayonlarının sakinləri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib, bütün məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verilib. Bəzi müraciətlər yerində həll edilib. Araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və onların həlli istiqamətində aidiyyəti üzrə göstərişlər verilib.
Görüşlərdə qeyd olunub ki, müxtəlif ölkələrdə gərginlik, qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması müşahidə olunsa da, Azərbaycan sabitlik məkanı kimi inkişaf edir. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalq-iqtidar birliyi, həyata keçirilən siyasətə verilən yüksək qiymət həm iqtidarı daha da ruhlandırır, həm də ölkədə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkə çox böyük inkişaf yolu keçib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər bir daha təsdiqləyir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar sosial-iqtisadi sahədə aparılan əsaslı islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərin davamıdır.
2019-cu il həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində dərin islahatlar ili kimi yadda qaldı. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verir. 2019-cu ildə ümumi daxili məhsul 2,2 faiz artıb. Qeyri-neft sektorunda bu artım 3,5 faiz təşkil edib. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz yüksəlib. Kənd təsərrüfatı 7 faiz artıb, bitkiçilikdə bu artım 10 faizdən çox olub. İnflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olub. Qeyri-neft ixracı 14 faiz artıb, valyuta ehtiyatları isə 6,4 milyard dollar çoxalaraq 51 milyard dollara çatıb. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 6 milyard dollar təşkil edir. İqtisadi sahədə əldə edilmiş nəticələr və rəqəmlər artıq bir daha təsdiqləyir ki, bizim siyasətimiz düşünülmüş və nəticəyə hesablanmış siyasətdir.
Bildirilib ki, 2019-cu ildə Azərbaycanda ən böyük sosial paket reallaşdırıldı. Aparılmış islahatlar çox geniş sosial paketi həyata keçirməyə imkan yaratdı. Həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmamışdır. Azərbaycan sovet vaxtından qalmış əmanətlərin qaytarılmasında da vətəndaşlar üçün ən məqbul prinsip tətbiq etdi və bu sahədə də MDB məkanında birinci oldu. 2019-cu ildə həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırıldı. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması prioritet məsələ olaraq qalır. Sosial infrastrukturla bağlı böyük işlər görülüb, 60 tibb müəssisəsi, 84 məktəb tikilib və təmir edilib. Keçən il plandan əlavə 900-dən çox şəhid ailəsinə mənzil təqdim edilib. Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox ev tikiləcək. Belə ki, bu kateqoriyadan olan şəxslərə 1500 mənzil verilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardımla bağlı 70 faiz artım baş verib, bu proqram 72 min ailəni əhatə edir.
Keçirilən görüşlərdə, həmçinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulmasının, insanlara layiqli xidmət göstərilməsinin, etik davranış qaydalarına əməl olunmasının vacibliyi vurğulanıb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat və əlverişli şəraitdən razılıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxMEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31

