/ / Xarici jurnalistlər ölkəmizdəki dini müxtəliflik və multikultural mühit barədə məlumatlandırılıblar
Xarici jurnalistlər ölkəmizdəki dini müxtəliflik və multikultural mühit barədə məlumatlandırılıblar
11.02.2020 [10:01]
Fevralın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək məqsədilə ölkəmizə səfər edən bir qrup xarici siyasətçi və jurnalistlə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Mübariz Qurbanlı qonaqlara ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, dinlərarası harmoniya, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verib.
Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan dünyəvi, demokratik, hüquqi dövlətdir və bu, Konstitusiyada öz əksini tapıb. Ölkəmizdə 35-i qeyri-müsəlman təmayüllü olmaqla, 941 dini icma dövlət qeydiyyatına alınıb, 2250-dən çox məscid, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Tarixən etnik-dini zənginliyi, tolerant və multikultural dəyərləri ilə seçilən Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edir. Azərbaycanda pravoslav, katolik, lüteran və protestant, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayırlar, həmçinin yəhudilər ölkəmizdə 8 icma ilə təmsil olunublar.
Görüş iştirakçıları ölkəmizdə parlament seçkilərinin mövcud qanunvericiliyə uyğun olaraq azad, demokratik, şəffaf şəraitdə keçdiyini bildiriblər. Onlar, eyni zamanda, Azərbaycandakı dini müxtəliflik, multikultural və həmrəylik mühitinə heyran qaldıqlarını bildirərək, dövlətimizin tarixən gələn tolerant dəyərlərin qorunması, təşviqi istiqamətində həyata keçirdiyi siyasəti təqdir etdiklərini qeyd ediblər.
M.Qurbanlı qonaqların Azərbaycanın nümunəvi din siyasətinin uğurları, ölkəmizi xarici yad ideologiyaların təsirindən qoruma yolları və dini radikalizmə qarşı mübarizə istiqamətində görülən işlər barədə suallarını cavablandırıb.
Dövlət Komitəsinin ingilis və rus dillərində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühiti, dinlərin tarixi və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar qonaqlara təqdim olunub.
Qeyd edək ki, görüşlərdə İsveçin “Nya Tider”, Fransanın “L’Incorrect”, Almaniyanın “Contact Magazine”, Polşanın “Mysl Polska”, İtaliyanın “II Sole 24”, Belçikanın “EU Observer” nəşrlərinin əməkdaşları, Polşa parlamentinin üzvü Katarzina Ueberhan, Rusiya Dövlət Dumasının üzvü Ramin Qasımov və Rusiya Federasiyası Dövlət Dumasındakı LDPR fraksiyasının rəhbərinin müşaviri Aleksey Bıçkov, “Dialogue for Europe” QHT-sinin rəhbəri Eli Hadzhieva iştirak ediblər.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

