Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18.01.2020 [11:09]
AMEA-nın Rəyasət Heyətində akademiya əməkdaşlarının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə görüşü keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyev tərəfindən ölkədə bütün sahələrdə olduğu kimi, əhalinin sosial müdafiəsi sahəsinə də böyük diqqət yetirildiyini xüsusi qeyd edib, bugünkü görüşün sosial sahəyə həsr olunduğunu söyləyib.
Sonra nazir Sahil Babayev rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirib ki, ötən il sosial sahə üçün islahatlar ili adlandırıla bilər, həmin islahatlar ölkə əhalisinin 42 faizinə, yəni, 4,2 milyon insanın rifahına ciddi dəstək olub. Nazir 2019-cu ildə minimum əməkhaqqının iki dəfəyə yaxın və minimum pensiyanın 72,4 faiz artırıldığını diqqətə çatdırıb. O, minimum pensiya məbləğinin alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycanın MDB ölkələri sırasında birinci, minimum əməkhaqqı məbləğinin alıcılıq qabiliyyəti indeksinə görə isə ikinci yerə yüksəldiyini qeyd edib: “Ötən il ərzində aparılan pensiya islahatları nəticəsində orta aylıq pensiya məbləği 15 faiz, o cümlədən yaşa görə orta aylıq pensiya məbləği də 15 faiz, əlilliyə görə orta aylıq pensiya məbləği isə 22 faiz artırılıb. Bundan əlavə, keçən ilin əvvəlindən pensiya təyinatı, həmçinin 19 növ müavinət-təqaüd təyinatı avtomatlaşdırılıb”.
Sahil Babayev vətəndaşların rifahı və həyat səviyyəsinin yaxşılaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin optimal və şəffaf, çevik iş mexanizmləri üzərində qurulduğunu, həssas qrupları əhatə edən sosial müdafiə və aktiv məşğulluq proqramlarının həyata keçirildiyini bildirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsindən danışan nazir ötən il nazirliyin tabeliyində DOST Agentliyinin və Agentliyin 2 DOST mərkəzinin yaradıldığını, 2019-2025-ci illərdə 31 DOST mərkəzinin yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.
Nazir 2019-cu ildə özünüməşğulluq proqramı üzrə 10 min kiçik biznes müəssisəsinin yaradıldığını deyib və bu rəqəmi Azərbaycanın böyük uğuru adlandırıb.
Sosial tədbirlər sahəsində aparılan elektronlaşma haqqında geniş məlumat verən S.Babayev nazirlik üzrə 132 xidmətdən 50-nin elektronlaşdığını, qurumun elektron bazalarının Azərbaycan Respublikasının Vergilər Nazirliyinin bazalarına inteqrasiya olunduğunu diqqətə çatdırıb. Həmçinin sosial portalın yaradıldığını bildirən nazir hər bir vətəndaşın şəxsi onlayn kabinetinə daxil olaraq bütün lazımi məlumatları əldə edə biləcəyini diqqətə çatdırıb.
Daha sonra S.Babayev AMEA əməkdaşları tərəfindən səsləndirilən suallara və təkliflərə aydınlıq gətirib. Fikir mübadiləsi zamanı əməkhaqları, təqaüd, elmi dərəcə və elmi adlara görə verilən əlavə ödənişlərin artırılması, zərərli iş şəraitinə görə ödənişlərin edilməsi, sosial sığortaların hesablanması və digər bu kimi mühüm məsələlər müzakirə olunub. Nazir gələcəkdə sosial sahə üzrə sistemlərin avtomatlaşdırılması, qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması, zərərli maddələr siyahısına əlavələr edilməsi və normativ-hüquqi sənədlərdə aparılan təsnifatın təkmilləşdirilməsi işində ölkə alimlərinin potensialından istifadə edilməsinin zəruriliyini vurğulayıb.
Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiya əməkdaşları adından Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə minnətdarlığını ifadə edərək, belə formatda görüşlərin bundan sonra da davam etdiriləcəyini nəzərə çatdırıb.
Xəbər lenti
Hamısına baxSosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25

