Fəal yaşlanmaya dəstək layihəsi çərçivəsində ahıllar üçün rəqs terapiyası sessiyası keçirilib
15.01.2020 [09:20]
Fəal yaşlanma ideyasının təbliği məqsədilə Bakı şəhərində ahıl vətəndaşlar üçün rəqs terapiyası sessiyasının keçirilməsini nəzərdə tutan tədbir təşkil olunub.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbir Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (BMTƏF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində keçirilib.
Paytaxtın tanınmış rəqs studiyalarından birində keçirilmiş tədbirin açılış hissəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, BMTƏF və layihənin tərəfdaşlarından biri olan “Üçüncü Bahar” İctimai Birliyinin nümayəndələri çıxış edərək layihə və fəal yaşlanma konsepsiyası barədə iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, fəal yaşlanmaya gedən yolda səmərəli üsullardan biri olan rəqs terapiyası bədənin intellektual, emosional və hərəki funksiyalarını dəstəkləmək üçün hərəkət və rəqslərin psixoterapevtik istifadəsidir. Eyni zamanda, rəqs terapiyası insanın stressdən azad olması, fiziki gümrahlığının yüksəlməsi, özünəinamın artırılması, kreativlik və təxəyyülün inkişaf etdirilməsi baxımından müsbət nəticələrə səbəb olur.
Daha sonra iştirakçılar üçün peşəkar məşqçinin müşayiəti altında rəqs terapiyası üzrə praktik məşğələ keçirilib.
Bundan əvvəl Mingəçevir və Lənkəran şəhərlərində pensiyaçıların, o cümlədən ahılların iştirakı ilə fəal yaşlanma məfhumu barədə maarifləndirici görüşlər təşkil edilib.
BMTƏF və nazirlik tərəfindən həyata keçirilən layihə pensiya yaşına çatmış şəxslərin ömürlərinin sonrakı hissəsində də fəal və sağlam həyat tərzi keçirməsini təmin etmək məqsədilə müxtəlif dəstəkləyici və inklüziv tədbir və proqramların tətbiqini nəzərdə tutan innovativ sosial təşəbbüsdür. Layihə çərçivəsində ölkənin ilk Fəal Yaşlanma İndeksinin hazırlanması, yaşlı əhali ilə ölkəboyu ictimai görüşlərin keçirilməsi, fəal yaşlanma ilə bağlı maarifləndirmə və təşviqat işlərinin aparılması, ahıllar üçün nəzərdə tutulmuş bir sıra fəaliyyətlərin (kompüter kurslarının təşkili, səsli kitabların və elektron kitabxananın yaradılması, sosial çağrı mərkəzinin istifadəyə verilməsi və s.) həyata keçirilməsi də nəzərdə tutulur.
2019-2021-ci illəri əhatə edən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət), Dövlət Statistika Komitəsi, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və “Üçüncü Bahar” İctimai Birliyi ilə sıx əməkdaşlıq şəraitində icra edilir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

