Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər
14.01.2020 [09:12]
Ölkəmizdə digər sahələr kimi gömrük sahəsində də tətbiq edilən yeniliklər və həyata keçirilən islahatlar müsbət nəticəsini verir
Bildiyimiz kimi, ölkəmizdə sosial, iqtisadi sahələrdə və idarəçilikdə davamlı və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların mərkəzində dayanan qurumlar sırasında gömrük orqanlarının fəaliyyətinə xüsusi diqqət yetirilir.
Gömrük orqanlarının fəaliyyəti yeni keyfiyyət mərhələsində
Gömrük sferasını əhatə edən islahatlar çərçivəsində gömrük orqanlarının fəaliyyətində çevik, modern və şəffaf idarəçilik metodlarının tətbiqi, gömrük nəzarətinin təkmilləşdirilməsi və ticarətin asanlaşdırılması, kölgə iqtisadiyyatının aradan qaldırılması, sabit, avtomatlaşdırılmış və vətəndaş məmnunluğunu təmin edən xidmətlərin təşkili sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər xüsusi yer tutur.
Həmçinin dövlət başçısı tərəfindən gömrük orqanları qarşısında gömrük sistemində şəffaflığın təmin olunması, idxal-ixrac əməliyyatları üzrə statistik uçotun düzgün qurulması və xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilməsi, gömrük xidməti mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqlar qoyulub. Son iki ildə ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti daha da gücləndirilib, gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri genişləndirilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2018-ci il ərzində gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9672 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 747-si cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 9 milyon 450 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 797 nəfərin (592 Azərbaycan vətəndaşı, 205 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb.
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək və gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində 2018-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar olunub. Bu cinayətlərdə şübhəli bilinən 291 nəfər barəsində müvafiq tədbirlər görülüb, 24 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.
Gömrük sahəsində innovasiyalar
Gömrük sahəsində ən yeni texnologiyaların, internetin imkanlarından istifadə edilməklə idarəetmənin optimallaşdırılması və modernləşdirilməsi Azərbaycanda elektron və açıq hökumət quruculuğu prosesinə töhfə verməklə yanaşı, vətəndaşlara daha keyfiyyətli və sürətli xidmətlər təklif edir.
Artıq Azərbaycan gömrük xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə sistemini 100 faizə çatdırıb və bu sahədə dünyanın qabaqcıl ölkələri sırasına daxil olub.
Kağızsız texnologiya prinsipinə əsaslanan Azərbaycan Respublikası Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) tətbiqi ilə qeydiyyat, elektron qaydada nəzarət, sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin müəyyənləşmiş normalara uyğunluğuna sənədlər əsasında avtomatlaşdırılmış qaydada nəzarət edilməsi, gömrük keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, gömrük rəsmiləşdirilmələri, gömrük rüsumlarının və vergilərin elektron qaydada yığılması, gömrük hüquqpozmalarına dair qeydiyyatın elektron qaydada aparılması, risklərin avtomatlaşdırılmış qaydada idarə edilməsi, kadrlarla işin elektron idarə edilməsi, müəssisənin resusrslarının elektron idarə edilməsi, digər qurumlarla məlumat mübadiləsi və digər işlər həyata keçirilir.
Ölkə başçısının “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli Fərmanı isə ölkəmizdə sahibkarlığın inkişafına, xüsusən qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və tez xarab olan digər məhsulların ixracına yeni təkan verib və biznes mühitinin daha da şəffaflaşmasında inqilabi dönüş olaraq hökumət-biznes münasibətlərində “Könüllü riayət mədəniyyətinin” əsasını qoyub.
“Yaşıl dəhliz” buraxılış sistemi xarici ticarət iştirakçılarına sərhəd buraxılış məntəqələrindən prioritet keçid, gömrük xidmətlərindən istifadə zamanı öncüllük, minimum fiziki yoxlamalar, gömrük ekspertizasının prioritet qaydada aparılması, gömrük rəsmiləşdirilməsinin iş yerindən və iş vaxtından kənar aparılması, xarici ticarət üzrə təlimlərdə iştirak üstünlükləri, həmçinin idxal olunan malların şəxsin anbarına birbaşa aparılması və gömrüyə gəlmədən malların boşaldılması, eləcə də gömrüyə gəlmədən malların ixracının birbaşa öz anbarından həyata keçirilməsi kimi spesifik üstünlüklər verir.
Dövlət Gömrük Komitəsi tərəfindən həmçinin dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin sürətli keçidi üzrə “e-Növbə” və “Sürətli keçid” elektron xidmətləri də göstərilir.
“e-Növbə” xidməti elektron gömrük xidmətinin bir növü olaraq sərhəd keçid məntəqələrində növbədə durmaqla vaxt itkisinə yol verməmək və sərhəd buraxılış məntəqələrində fiziki növbənin azaldılması üçün nəzərdə tutulub. İlkin mərhələsində şəxsi minik avtomobillərinə aid edilən “e-Növbə” xidməti nəqliyyat vasitəsinin gömrük postunun giriş qapısından növbədənkənar keçməsinə imkan verir. Vətəndaşın könüllü riayət mədəniyyətinə əsaslanan “e-Növbə” sistemi “Növbə götür - Sərhədə get - Sərhəddən keç” prinsipi əsasında fəaliyyət göstərir.
“Sürətli keçid” xidməti isə nəqliyyat vasitəsinin gömrük postunun giriş qapısından, həmçinin sərhəd və gömrük nəzarəti prosedurlarından növbədənkənar keçməsi üçün istifadə edilir. Bu layihənin də ilkin mərhələsi şəxsi minik avtomobili ilə ölkənin gömrük postunu keçən vətəndaşlar üçün nəzərdə tutulub.
Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatının “Malların buraxılış vaxtının ölçülməsi üzrə Təlimat”ında təsbit olunmuş metodologiya əsasında Azərbaycan Respublikasının bütün gömrük sərhəd buraxılış məntəqələrində “Sərhədkeçmə vaxtının ölçülməsi” (TRS) layihəsini tətbiq edir. Layihənin məqsədi mal və nəqliyyat vasitələrinin sərhəddən keçidinə, buraxılışına və sərhəd keçidindən buraxılışına qədər keçən vaxtları müəyyən etmək, toplanan statistik məlumatların təhlili əsasında ümumi biznes prosesdə mövcud problemləri aşkar etmək, bunun əsasında mal və nəqliyyat vasitələrinin sərhəd keçidinin və gömrük rəsmiləşdirilməsi prosesinin daha keyfiyyətli idarə olunmasını təmin etməkdir.
Sahibkarların maraqlarını nəzərə alaraq, sərhəd buraxılış vaxtları barədə məlumatlar Komitənin rəsmi internet saytının “Sahibkarlar üçün” bölməsində mütəmadi qaydada nəşr olunur.
Dövlət Gömrük Xidməti tərəfindən tezliklə “CİP xidmətləri”nin həyata keçiriləcəyi də ictimaiyyətə elan olunub. “CİP xidmətləri” nəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqələrinin giriş qapısından növbədənkənar keçməsi və gömrük nəzarəti, pasport nəzarəti və qeydiyyatı prosedurlarından növbədənkənar olaraq SBM-in “VİP zalı”nda istirahət etməklə (çay, kofe, yemək və s. daxil olmaqla) həyata keçirilməsi üçün istifadə ediləcək.
Göründüyü kimi, gömrük sahəsində tətbiq olunan innovativ xidmətlər şəffaflığı artırmaqla və vaxta qənaət etməklə həm dövlətin, həm də vətəndaşların maraqlarını təmin edir.
Təqdirəlayiq haldır ki, gömrük orqanları biznes-gömrük əməkdaşlığına xüsusi diqqət yetirir. Gömrük idarələrinin nəzdində fəaliyyət göstərən ictimai şuraların iclaslarında gömrük işinə dair müxtəlif məsələlər müzakirəyə çıxarılır. Məqsəd xarici iqtisadi fəaliyyət iştirakçılarının qarşısına çıxan çətinliklərin həlli və gömrük əməkdaşları ilə sahibkarlar arasında münasibətlərdə şəffaflığın təmin edilməsi istiqamətində səyləri birləşdirməkdir.
Bununla yanaşı, iş adamları və gömrük əməkdaşları arasında davamlı görüşlər keçirilir, sahibkarların rəy və təklifləri öyrənilir. Gömrük-biznes münasibətlərinin şəffaf şəkildə qurulması, sahibkarların hüquqlarının qorunması, eləcə də qanunvericilik bazasının təkmilləşdirilməsi, gömrük tarifləri və digər məsələlərlə bağlı təkliflər nəzərə alınır.
Qeyd edək ki, aparılan islahatlar artıq öz müsbət nəticələrini verməkdədir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində də bildirdiyi kimi, gömrük sahəsində aparılan islahatlar nəticəsində ölkə büdcəsinə daxilolmalar xeyli artıb: “... Həm sosial sahəyə, həm də infrastruktur layihələrinin icrası ilə bağlı əlavə vəsait ayrıldı. Bütün bunlar nəyə görə mümkün olmuşdur? Ona görə ki, həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Yeni icraçılar vəzifəyə gətirildi, rəhbərlikdə dəyişikliklər edildi və hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük təmin edilir”.
Həqiqətən də, 2018-ci ilin noyabrında gömrük orqanlarının vasitəsilə büdcə daxilolmaları 274 milyon 581,6 min manat təşkil etmişdisə, 2019-cu ilin müvafiq dövründə bu göstərici 361 milyon 014,4 min manatadək artıb.
Ölkə başçısının verdiyi bu yüksək qiymətlə yanaşı, qeyd etmək lazımdır ki, aparılan islahatlar gömrük orqanlarının cəmiyyətdəki nüfuzuna da müsbət təsir göstərir. Bu isə bütövlükdə vətəndaş-hökumət münasibətlərinin daha da möhkəmlənməsinə, vətəndaşların öz dövlətinə olan inamının, etibarının artmasına gətirib çıxarır.
Zahid İLHAMOĞLU
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə
müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

