Bakıda “Azərbaycan Turizm Sammiti 2019” keçirilib
30.11.2019 [09:59]
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10.9 faiz daha çox olub
Noyabrın 29-da Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Turizm Sammiti 2019” öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, sammitə turizm sahəsinin təmsilçiləri, hökumət və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də daxil olmaqla ümumilikdə 1500-dən çox iştirakçı qatılıb.
Tədbiri giriş sözü ilə açan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ötənilki sammitdən sonra turizm sahəsində görülən işlərdən və agentliyin gələcək planlarından danışıb.
Qeyd edib ki, agentliyin turizm sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində turizm ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri kimi dinamik olaraq artım tempini davam etdirir.
Fuad Nağıyev birillik dövrü əhatə edən statistik göstəricilərə diqqət çəkərək 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanı ziyarət edənlərin ötən ilin eyni dövrü ilə müqayisədə 10.9 faiz daha çox olduğunu, xüsusilə yeni hədəf bazarlardan gələn ziyarətçilərin sayında artım müşahidə edildiyini söyləyib. “Bu ilin 10 ayı ərzində ölkəmizə 2 milyon 700 min turist gəlib. Biz turizmin inkişafında sağlam mühitin yaradılmasının tərəfdarıyıq. Bu istiqamətdə addımlar atmışıq və atırıq. Bir çox ölkələrdən Azərbaycana turist axınına nail olmuşuq. Görəcəyimiz işlər hələ qarşıdadır”, - deyə F.Nağıyev söyləyib.
Qurum rəhbəri, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən turizm sahəsinin inkişafına davamlı diqqət ayrıldığını vurğulayıb və göstərilən dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
Turizmin inkişafı ilə yanaşı, turistləri ölkəmizə cəlb edən mədəni və tarixi dəyərlərimizi qorumağın vacibliyini vurğulayan Fuad Nağıyev rəhbəri olduğu qurumun tabeliyindəki qoruqların turizm potensialından səmərəli istifadəni təmin etmək üçün kompleks işlər apardığını qeyd edib.
Agentlik sədri formalaşan turizm sənayesinin üzvlərinin müxtəlif assosiasiyalarda birləşməsini müsbət hal kimi qiymətləndirərək bu cür ictimai təşəbbüslərin vacibliyini bildirib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bir il ərzində həyata keçirilən fəaliyyətin məhsuldarlığına toxunaraq gələcək planlar və layihələr, qlobal, eləcə də regional bazarlarda aparılan marketinq strategiyası barədə məlumat verib.
O, “Bir daha bax” şüarı ilə Azərbaycanın turizm potensialının və yeni turizm brendinin beynəlxalq platformalarda uğurlu təqdimatından, dünya üzrə 3 milyardadək insana çatdırılmasından bəhs edib.
Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov təmsil etdiyi qurumun gördüyü işlər, qurumun tabeliyində olan qoruqlarda turistlər üçün tətbiq edilən yeniliklər, habelə regionlarda fəaliyyət göstərən destinasiya mərkəzlərinin fəaliyyəti, turizm təhsili və kadr peşəkarlığının artırılması barədə geniş məlumat verib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov turizm marketinqi, dünyanın 15 turizm bazarında ölkəmizin turizm potensialının təbliğ edilməsi, bir çox qlobal turizm platformalarında əməkdaşlığın qurulması, yeni turizm brendinin təqdimatı, turizm sərgiləri və ölkəmizin turizmini tanıtmaq üçün 50 mindən artıq broşürlərin çap edilərək paylanılması haqda məlumat verib.
Turizm sənayesində son tendensiyaları, o cümlədən ölkədaxili və Azərbaycana səfərlərin marketinq və təbliğat məsələlərini müzakirə etmək məqsədilə keçirilən sammit çərçivəsində müxtəlif mövzular üzrə sessiyalar təşkil olunub.
Sessiyalar “Azərbaycanın yeni turizm konsepsiyasına uyğun olaraq səyahət təcrübəsinin yaradılması”, “Turizm sənayesinə dəstək: çağırışlar və imkanlar”, “Azərbaycanda qonaqpərvərlik sektorunun ən yaxşı təcrübələri və HOTREC üzvlüyünün üstünlükləri”, “Turizmdə rəqəmsal fəaliyyət və marketinq təcrübələri”, “Turizmdən artıq: İşgüzar tədbirlər sənayesi destinasiyanın inkişafı üçün aparıcı amil kimi”, “Turizm üzrə statistikanın, tədqiqatların və təhsilin Azərbaycanda turizm sənayesinə faydası” mövzuları əhatə edib.
Tədbir zamanı turizm sahəsinin aparıcı iştirakçıları yerli, həmçinin ölkəyə gələn xarici turistlərin səfərlərinin təkmilləşdirilməsi, bu sahədə yeniliklər və qarşıda duran maneələri müzakirə etməklə yanaşı, marketinq və təbliğat fəaliyyəti ilə bağlı həll yolları irəli sürüblər.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20

